Təhsil 365 - Logo Mobile

Məktəb nə klubdur, nə də mədrəsə!

5710.02.2026 - 15:45
Məktəb nə klubdur, nə də mədrəsə!

“İdrak” liseyində açılan atəş ictimai diqqəti təhsil sisteminə cəmlədi. Baş verən hadisənin kökündə müəllim-şagird konflikti dayanır. Bu konflikt öz məğzinə və təzahürlərinə görə çoxşaxəlidir. Zaman-zaman məsələnin kökü barədə müxtəlif şərhlər təqdim etmişik. Bir daha təkrarlamalı olsam, təhsil, müəllim və şagird məktəbə qayıtmalıdır. Məktəb isə ancaq nizam-intizam güclü olanda öz məqsədinə çata, pozitiv elmi bilikləri nəsildən-nəsilə ötürə bilər. Pozitiv elm dindən ayrılmış, yalnız empirik müşahidəyə, təcrübəyə və rasional düşüncəyə əsaslanan biliklər məcmusudur. Odur ki, Azərbaycan Konstitusiyasının dövlətin dindən ayrıldığı, təhsil sisteminin isə dünyəvi olduğu xüsus

“Tehsil365“Yeni Müsavat-a istinadən xəbər verir ki, orta məktəblərdə vahid məktəb formasına keçid təkcə estetik və ya intizamla bağlı məsələ sayılmamalıdır. Bu, birbaşa uşaq hüquqları, dünyəvi təhsil prinsipi və şagirdin azad inkişaf mühiti ilə əlaqəli mövzudur. Zənnimcə, vahid məktəbli formasının tətbiqi ilk növbədə ona görə zəruridir ki, məktəb neytral ictimai məkan olmalıdır. Heç kimə sirr deyil ki, məktəb uşaqların ailədən kənarda əsas sosiallaşma mühitidir və fərdi kimliyi məhz burada formalaşır. Şəxsiyyətin formalaşma prosesi heç bir ideoloji, siyasi, dini və ya sosial təzyiq altında baş verməməlidir. Vahid forma şagirdi ailədaxili və ya icma mənşəli təsirlərdən qismən də olsa ayıraraq, onu bərabər hüquqlu təhsil subyekti kimi qoruyur.

İkinci mühüm məqam bərabərlik prinsipidir. Fərqli geyimlər sosial statusu, ailənin dünyagörüşünü və maddi vəziyyətini açıq şəkildə nümayiş etdirir. Bu isə məktəb mühitində ayrımçılıq, psixoloji təzyiq və etiketləmə yaradır. Vahid forma uşaqları “kimin kim olduğu” müzakirəsindən uzaqlaşdıraraq, diqqəti əsas məqsədə - təhsilə yönəldir.

Daha həssas və çox zaman açıq şəkildə deyilməyən, amma real olan məsələ isə uşağın müxtəlif təlqinlərlə dinə yönləndirilməsidir. Fərdin öz həyat obrazını müəyyənləşdirməsi üçün bəlli mövzularda biliyə və həyat təcrübəsinə ehtiyacı var. Şagird təsəvvürləri və hələ tam formalaşmamış şəxsiyyət nəyi və niyə seçdiyini tam dərk etmir. Deməli, qız uşaqlarının dini geyim tərzinə üstünlük verməsi heç də azadlıq deyil. Azadlığa istənilən müdaxilə isə uşaq hüquqları pozuntusudur. Vahid məktəbli forması bu nöqtədə profilaktik mexanizm rolunu oynayır. O, nə dini inancı qadağan edir, nə də ailənin etiqadına müdaxilə edir. Sadəcə məktəb mühitində uşağın ideoloji neytrallığını təmin edir və “uşaq - valideyn ideologiyasının daşıyıcısıdır” yanaşmasının qarşısını alır. Eləcə də məktəbə açıq-saçıq geyimdə gəlmək, yaşından tez kosmetikadan istifadə etmək istəyənlərə “olmaz” deyilir.

BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında deyilir: “Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənəviyyatının və sağlamlığının qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi üçün zəruridir”.

Bu müddəa uşaqların din və etiqad azadlığının mütləq olmadığını, onun ictimai maraq və digər şəxslərin hüquqları ilə balanslaşdırıldığını aydın şəkildə göstərir.

Konvensiyanın bu bəndinə görə, uşaqların öz dininə və ya məzhəbinə etiqad etmək azadlığı yalnız üç əsas şərtlə məhdudlaşdırıla bilər.

Birincisi, məhdudiyyət mütləq qanunla müəyyən edilməlidir. Yəni bu, şəxsi yanaşma, inzibati istək və ya subyektiv qərar ola bilməz. Hüquqi əsas olmadan hər hansı müdaxilə yolverilməzdir.

İkincisi, məhdudiyyət legitim məqsəd daşımalıdır. Konvensiya bu məqsədləri açıq şəkildə sadalayır: dövlət təhlükəsizliyi, ictimai qayda, əhalinin mənəviyyatı və sağlamlığı, eləcə də digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi. Siyahının qapalı olmaması dövlətlərə geniş səlahiyyət vermir, əksinə, müdaxilənin ictimai zərurətə əsaslanmasını tələb edir.

Üçüncüsü isə, məhdudiyyət zəruri və proporsional olmalıdır. Yəni dövlət ən sərt yox, məqsədə çatmaq üçün sadə və effektiv vasitəni seçməlidir. Azadlığın özü deyil, onun müəyyən formaları və konkret təzahürləri tənzimlənə bilər.

Konvensiyanın şərhinə görə, uşağın din azadlığı valideynin dini azadlığının avtomatik davamı kimi qəbul edilə bilməz. Əgər dini davranış uşağın fiziki, psixoloji və sosial inkişafına zərər vurursa və ya onun azad seçim imkanlarını məhdudlaşdırırsa, dövlətin müdaxilə etməsi Konvensiyaya zidd deyil, əksinə onun tələbidir.

Mehriban İbadova

Xəbər Lenti

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj10.02.2026 - 20:00
Məktəbə qədər təhsilin uşaqların həyatında rolu-AÇIQLAMA10.02.2026 - 19:20
Bu məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi10.02.2026 - 19:00
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı10.02.2026 - 18:45
Azərbaycan və ABŞ arasında xartiya imzalandı 10.02.2026 - 18:35
"Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"10.02.2026 - 18:25
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi10.02.2026 - 18:15
Telli Borçalıya ağır itki üz verib10.02.2026 - 18:06
GDU-da elektron kitabxana istifadəyə verilib10.02.2026 - 17:55
AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib10.02.2026 - 17:50
Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub10.02.2026 - 17:33
Cəlilabadda məktəb liqaları çərçivəsində növbəti görüş keçirilib10.02.2026 - 17:30
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib-FOTO10.02.2026 - 17:25
170-dən çox məktəbə yeni direktor təyin ediləcək- FOTO10.02.2026 - 17:20
Ali təhsil və elm sahəsində yeni layihələr təhlil edilib-FOTO10.02.2026 - 17:10
Qəhrəman şəhidlərimizin övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb- FOTO 10.02.2026 - 17:00
ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək10.02.2026 - 16:45
18 il sonra ilk dəfə... - Fotolar10.02.2026 - 16:35
Prezidentin qızı və gəlini Müqəddəs İohann lüteran kilsəsində 10.02.2026 - 16:20
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir10.02.2026 - 16:10
Bu qida məhsullarının ixracı sabahdan dayanır10.02.2026 - 16:00
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi 10.02.2026 - 15:50
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...10.02.2026 - 15:35
RFO-da biologiyadan suallar- bu mövzulardan düşəcək10.02.2026 - 15:30
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat10.02.2026 - 15:20
Sabah axşam yağıntılar tədricən kəsiləcək 10.02.2026 - 15:15
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat başladı10.02.2026 - 15:10
Yeni sədr şəhid oğludur - Dosye10.02.2026 - 15:00
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub10.02.2026 - 15:00
Leyla Əliyeva sərgidə 10.02.2026 - 14:45
Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək10.02.2026 - 14:35
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər10.02.2026 - 14:25
ADDA və Türkiyə universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb10.02.2026 - 14:13
"Kinematoqrafiya haqqında” Qanun dəyişir10.02.2026 - 13:57
Tarixçilərdən akademikə maraqlı təbrik - FOTO10.02.2026 - 13:45
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb - FOTO10.02.2026 - 13:33
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar - FOTO10.02.2026 - 13:21
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda10.02.2026 - 13:11
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTO10.02.2026 - 12:59
BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb10.02.2026 - 12:47
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır10.02.2026 - 12:37
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr10.02.2026 - 12:25
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib - FOTO10.02.2026 - 12:12
Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb10.02.2026 - 11:59
Şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb10.02.2026 - 11:47
AzMİU əməkdaşlığını genişləndirir - FOTO10.02.2026 - 11:35
BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında - FOTO10.02.2026 - 11:23