Təhsil 365 - Logo Mobile

AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib

4610.02.2026 - 17:50
AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan “İdeyadan nəticəyə: gender bərabərliyi ilə STEM-in yeni üfüqləri” mövzusunda konfrans təşkil edilib.

AMEA-dan “Tehsil365”ə bildirilib ki, tədbir Rəyasət Heyətinin və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Konfransı açan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bu əlamətdar günün BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən bütün dünyada, o cümlədən Azərbaycanda geniş şəkildə qeyd olunduğunu və bu çərçivədə elmdə gender bərabərliyi mövzusunun mühüm prioritet kimi gündəmdə saxlanıldığını vurğulayıb.

Akademik İradə Hüseynova bildirib ki, UNESCO tərəfindən 2026-cı il üçün müəyyən edilən “Vizyondan real təsirə: gender bərabərliyi ilə STEM-in yeni üfüqləri” mövzusu qadınların elm və texnologiya sahələrində ideyalardan real nəticələrə keçidini təşviq edir. Bu yanaşma qızların erkən yaşlardan STEM təhsilinə çıxışının genişləndirilməsini, stereotiplərin aradan qaldırılmasını, qadın alimlərin liderlik mövqelərində təmsilçiliyinin artırılmasını əsas məqsəd kimi qarşıya qoyur.

AMEA-nın vitse-prezidenti çıxışında Azərbaycanın zəngin elmi və mədəni ənənələrə malik olduğunu, tarixən qadınların elmin inkişafında fəal rol oynadıqlarını diqqətə çatdırıb.

Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub“Hazırda Azərbaycan elmində baş verən sistemli transformasiya proseslərində gender balansı mühüm göstəricilərdən biri kimi çıxış edir”, – deyən alim bu istiqamətdə statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, ölkədə elmi tədqiqatçıların təxminən 58 faizini qadınlar təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir. Vitse-prezident əlavə edib ki, STEM sahələri üzrə təhsil alan qadınların payının artması, eləcə də qadın alimlərin rəhbər vəzifələrdə təmsil olunması gələcək innovasiya və texnoloji inkişafın daha inklüziv xarakter alacağını göstərir.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva müasir dövrdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılmasına xüsusi əhəmiyyət verdiyini bildirib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

“Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir”, - deyən akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində bariz şəkildə təqdim olunur.

Akademik Gövhər Baxşəliyeva çıxışında elm və təhsil sahəsində mühüm uğurlar qazanan qadınların cəmiyyətin ictimai həyatında artan rolundan, ölkənin inkişafına verdikləri töhfələrdən bəhs edib. O, tarixə ekskurs edərək elm sahəsində bir sıra yeniliklərin müəllifi olmuş, öz məktəbini yaratmış görkəmli qadın alimlərimiz haqqında məlumat verib.

Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olubDaha sonra AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün qeyd olunmasının əhəmiyyətinə diqqət çəkib. Şura sədri ölkəmizdə rəhbər vəzifələr tutan qadınların sayının az olmadığını bildirərək, AMEA-da da qadınların elmi idarəçilik sahəsində kifayət qədər fəal olduqlarını vurğulayıb. Elm sahəsində təmsil olunan qadınların statistik göstəricilərini təqdim edən professor Rəna Mirzəzadə hazırda AMEA-da 1977 qadın əməkdaşın fəaliyyət göstərdiyini söyləyib, onlardan 385-nin elmlər doktoru, 269-nun isə fəlsəfə doktoru olduğunu diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər elm və texnologiyanın sürətli inkişafı fonunda gender bərabərliyinin təmin olunmasının vacibliyini vurğulayıb, süni intellekt və rəqəmsal platformalar kimi innovativ yanaşmaların həm elmi tədqiqatların səmərəliliyinin artırılmasında, həm də qadınların STEM sahələrində imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.


Nərmin Mustafayeva

Xəbər Lenti

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj10.02.2026 - 20:00
Məktəbə qədər təhsilin uşaqların həyatında rolu-AÇIQLAMA10.02.2026 - 19:20
Bu məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi10.02.2026 - 19:00
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı10.02.2026 - 18:45
Azərbaycan və ABŞ arasında xartiya imzalandı 10.02.2026 - 18:35
"Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"10.02.2026 - 18:25
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi10.02.2026 - 18:15
Telli Borçalıya ağır itki üz verib10.02.2026 - 18:06
GDU-da elektron kitabxana istifadəyə verilib10.02.2026 - 17:55
Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub10.02.2026 - 17:33
Cəlilabadda məktəb liqaları çərçivəsində növbəti görüş keçirilib10.02.2026 - 17:30
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib-FOTO10.02.2026 - 17:25
170-dən çox məktəbə yeni direktor təyin ediləcək- FOTO10.02.2026 - 17:20
Ali təhsil və elm sahəsində yeni layihələr təhlil edilib-FOTO10.02.2026 - 17:10
Qəhrəman şəhidlərimizin övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb- FOTO 10.02.2026 - 17:00
ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək10.02.2026 - 16:45
18 il sonra ilk dəfə... - Fotolar10.02.2026 - 16:35
Prezidentin qızı və gəlini Müqəddəs İohann lüteran kilsəsində 10.02.2026 - 16:20
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir10.02.2026 - 16:10
Bu qida məhsullarının ixracı sabahdan dayanır10.02.2026 - 16:00
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi 10.02.2026 - 15:50
Məktəb nə klubdur, nə də mədrəsə!10.02.2026 - 15:45
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...10.02.2026 - 15:35
RFO-da biologiyadan suallar- bu mövzulardan düşəcək10.02.2026 - 15:30
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat10.02.2026 - 15:20
Sabah axşam yağıntılar tədricən kəsiləcək 10.02.2026 - 15:15
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat başladı10.02.2026 - 15:10
Yeni sədr şəhid oğludur - Dosye10.02.2026 - 15:00
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub10.02.2026 - 15:00
Leyla Əliyeva sərgidə 10.02.2026 - 14:45
Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək10.02.2026 - 14:35
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər10.02.2026 - 14:25
ADDA və Türkiyə universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb10.02.2026 - 14:13
"Kinematoqrafiya haqqında” Qanun dəyişir10.02.2026 - 13:57
Tarixçilərdən akademikə maraqlı təbrik - FOTO10.02.2026 - 13:45
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb - FOTO10.02.2026 - 13:33
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar - FOTO10.02.2026 - 13:21
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda10.02.2026 - 13:11
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTO10.02.2026 - 12:59
BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb10.02.2026 - 12:47
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır10.02.2026 - 12:37
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr10.02.2026 - 12:25
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib - FOTO10.02.2026 - 12:12
Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb10.02.2026 - 11:59
Şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb10.02.2026 - 11:47
AzMİU əməkdaşlığını genişləndirir - FOTO10.02.2026 - 11:35
BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında - FOTO10.02.2026 - 11:23