Azərbaycan Ordusunun igid zabiti, Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının mayoru Ramid Nəriman oğlu Hacıyevin anım günü qeyd olunur.
"Tehsil365" xəbər verir ki, Ramid Hacıyev 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunda anadan olub. O, Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində yüksək peşəkarlığı, vətənə sədaqəti və komandirlik bacarığı ilə seçilib. Mayor Ramid Hacıyev 2020-ci ildə Vətən müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub.
Onun döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Ramid Hacıyev ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.
Şəhid mayor Ramid Hacıyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onun qəhrəmanlıq yolu gənc nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq.

