Təhsil 365 - Logo Mobile

Azərbaycan-Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir

8611.02.2026 - 10:44
Azərbaycan-Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti 8-12 fevral tarixlərində Türkiyə Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində peşə təhsili sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş görüşlər keçirilib.

Bu barədə “Tehsil365"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Səfər hər iki dövlət arasında peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyan  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”dan irəli gələn öhdəliklərin icrası, birgə təsis ediləcək peşə təhsil müəssisələrinin fəaliyyətinin təşkili və qardaş məktəblərlə əlaqələrinin qurulması istiqamətində tədbirlərin görülməsi məqsədini daşıyır.

Səfər çərçivəsində Türkiyə Respublikası Milli Təhsil Nazirliyində nazir müavini Muhammet Bilal Macit və Peşə və Texniki Təhsil üzrə Baş İdarənin müdiri Salih Kaygusuz ilə görüşlər baş tutub.

Eyni zamanda nümayəndə heyəti Ankara şəhərində yerləşən Gölbaşı Mogan Turizm Peşə və Texniki Anadolu Liseyində olub, praktika əsaslı təlim, tədris-təcrübə mehmanxanası modeli və məzunların əmək bazarına inteqrasiyası mexanizmləri ilə tanış olub.

Daha sonra Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə keçirilən görüşdə peşə təhsili üzrə ixtisaslar üzrə avadanlıq təchizatı və birgə layihələr müzakirə edilib. Bununla yanaşı, Ankara Universitetinin Baytarlıq fakültəsində dekan, professor Necmettin Ünal ilə görüş keçirilib, baytarlıq sahəsində kadr hazırlığı, müəllimlərin ixtisasartırması və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Səfər Azərbaycan-Türkiyə arasında peşə təhsili üzrə əməkdaşlığın artıq icra və praktik mərhələyə keçdiyini bir daha nümayiş etdirir.

Aydan Ələkbərova

Xəbər Lenti

“Birincilərin birincisi” MIT-ə qəbul oldu04.04.2026 - 10:00
“Təhsildə aparılan islahatların nəticələri yaxın illərdə daha aydın görünəcək” – Elçin Əfəndi04.04.2026 - 09:55
ADU-da Orhun mübadilə proqramı çərçivəsində görüş keçirilib04.04.2026 - 09:45
BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib 04.04.2026 - 09:35
Çindən "rəqəmsal insan" etiketi təklifi04.04.2026 - 09:28
Tələbələr Zəfər Muzeyini ziyarət ediblər04.04.2026 - 09:20
Yemək yeyəndə edilən bu səhv ürəyi məhv edir04.04.2026 - 09:10
Gürcüstan Texniki Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb04.04.2026 - 09:00
Almaniya təhsildə beynəlxalq liderliyini gücləndirir04.04.2026 - 08:47
“ChatGPT” insanları “şikəst” edir - Necə?04.04.2026 - 08:34
NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımladı04.04.2026 - 08:21
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi04.04.2026 - 08:12
ADU-da “Dilimizi qoruyaq” adlı elmi seminar keçirilib04.04.2026 - 08:00
ADU-da Vilayət Hacıyevin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib04.04.2026 - 07:45
MDU-ya yeni mətbuat katibi təyin olunub04.04.2026 - 07:33
Azərbaycanda zəlzələ olub04.04.2026 - 07:22
Bu günün hava proqnozu 04.04.2026 - 07:11
Vaşinqton Universitetində professor İran müharibəsi tənqidinə görə vəzifəsindən azad edildi04.04.2026 - 07:00
Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının ildönümü qeyd olunur04.04.2026 - 06:36
Milli Qəhrəman Rəfael Həbibovun xatirəsi ehtiramla yad olunur04.04.2026 - 06:18
Futbolçu Füzuli Cavadovun xatirəsi yad edilir04.04.2026 - 06:00
Milli Qəhrəman Samid İmanovun şücaəti ehtiramla anılır04.04.2026 - 05:42
Xalq şairi Qabil İmamverdiyevin ədəbi irsi unudulmur04.04.2026 - 05:18
Şəhid Mais Əsədovun xatirəsi ehtiramla yad edilir04.04.2026 - 05:06
Professor Aslan bəy Vəzirzadənin elmi irsi xatırlanır04.04.2026 - 04:54
Əməkdar artist Ruhəngiz Musəvinin yaradıcılığı diqqət mərkəzində04.04.2026 - 04:36
Xalq artisti Muxtar Maniyevin sənət yolu yad edilir04.04.2026 - 04:18
Teatrşünas alim İnqilab Kərimovun xatirəsi yad edilir04.04.2026 - 04:00
15 yaşdan kiçiklər sosial mediadan istifadə edə bilməyəcək03.04.2026 - 19:58
Uşaq geyimlərində təhlükəli səviyyədə qurğuşun aşkar edilib03.04.2026 - 19:56
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama03.04.2026 - 19:02
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44