Təhsil 365 - Logo Mobile

Süni intellekt “əməliyyatlara girir”, amma...

3611.02.2026 - 14:26
Süni intellekt “əməliyyatlara girir”, amma...

Süni intellektlə işləyən tibbi cihazların səhiyyədə sürətlə yayılması onların təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub.

“Tehsil365” Qafqazinfo- a istinadən xəbər verir ki, “Reuters”in araşdırmasına görə, bəzi süni intellekt sistemləri əməliyyatlar zamanı xəstələrə ağır xəsarətlər yetirib.

“Johnson & Johnson” şirkətinin törəmə müəssisəsi “Acclarent” tərəfindən xroniki sinusitin müalicəsində istifadə olunan “TruDi” naviqasiya sisteminə süni intellekt inteqrasiya edilib və bu, şirkət tərəfindən böyük irəliləyiş kimi təqdim olunub. Lakin ABŞ Qida və Dərman Administrasiyasına (FDA) daxil olan müraciətlər süni intellektin tətbiqindən sonra cihazla bağlı mənfi hadisələrin kəskin artdığını göstərir.

Cihaz süni intellekt əlavə edilməzdən əvvəl təxminən üç il ərzində bazarda olub və bu müddətdə yeddi nasazlıq, bir xəsarət halı qeydə alınıb. Süni intellekt tətbiq edildikdən sonra isə ən azı 100 nasazlıq və mənfi hadisə barədə məlumat daxil olub.

2021-ci ilin sonu ilə 2025-ci ilin noyabrı arasında ən azı 10 xəstənin xəsarət aldığı bildirilir. Hesabatlarda sistemin cərrahlara əməliyyat zamanı istifadə edilən alətlərin yerini səhv göstərdiyi iddia olunur.

Bəzi hallarda xəstələrin burnundan beyin-onurğa mayesi sızıb, bir xəstənin isə kəllə sümüyü təsadüfən deşilib. İki ayrı hadisədə əsas arteriyaya zərər dəyməsi nəticəsində insult baş verdiyi bildirilib. Texasda iki insult keçirən xəstə “TruDi” sistemindəki süni intellektin xəsarətlərə səbəb olduğunu iddia edərək məhkəməyə müraciət edib.

“Johnson & Johnson” məsələ ilə bağlı sualları “Acclarent”i 2024-cü ildə satın alan “Integra LifeSciences” şirkətinə yönləndirib. “Integra” isə “TruDi” sisteminin yalnız bir əməliyyatda istifadə edildiyini və süni intellektlə xəsarətlər arasında etibarlı səbəb-nəticə əlaqəsi olmadığını bildirib.

Müzakirələr süni intellektin səhiyyə sektorunda sürətlə yayıldığı bir dövrdə baş verir. Hazırda ən azı 1357 süni intellektlə işləyən tibbi cihaz təsdiqlənib ki, bu da 2022-ci ilə qədər olan göstəricidən təxminən iki dəfə çoxdur.

“Reuters”in araşdırmasına görə, “TruDi” yeganə problemli nümunə deyil. Süni intellektli ürək ritmi monitorlarının bəzi hallarda təhlükəli pozuntuları aşkarlamadığı, ultrasəs cihazlarının isə orqanları səhv tanıdığı iddia olunur.

Vaşinqton Universitetinin Tibb fakültəsindən Aleksandr Everhart bildirib ki, tənzimləyici qurumların ənənəvi tibbi cihazlara yanaşması süni intellekt texnologiyaları üçün yetərli olmaya bilər.

Zəhra Ağayeva

Xəbər Lenti

Cəsarət Valehov: Bu ildən bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə şagird qəbulu aparılacaq11.02.2026 - 19:45
Seymur Hüseynov: Ötən il Heydər Əliyev mərkəzlərini 180 mindən çox qonaq ziyarət edib11.02.2026 - 19:35
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır11.02.2026 - 19:25
İtkin şəhidimizin nəşinin qalıqları tapıldı - 34 il sonra11.02.2026 - 19:11
BDU-nun kafedra müdiri: Floranın taksonomik dəqiqliyi və monitorinqi ekoloji təhlükəsizlik üçün əsas şərtdir11.02.2026 - 19:03
Buraxılış imtahanları zamanı abituriyentlər niyə stress yaşayır? – Psixoloqdan AÇIQLAMA11.02.2026 - 18:51
Məleykə Abbaszadə: Qəbul proqramı buraxılış imtahanlarının nəticələri əsasında formalaşdırılır11.02.2026 - 18:46
Süni intellektin inkişafı Asiyada gəncləri ailə qurmaqdan yayındırır11.02.2026 - 18:36
Suriyalı pianoçu: Qara Qarayevin musiqisi rəngarəng çalarlara malikdir11.02.2026 - 18:30
Milli Xalça Muzeyində Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılıb11.02.2026 - 18:20
İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır – Həqiqət yoxsa reklam?11.02.2026 - 18:10
AMEA-nın dərslik ekspertizasında rolu artırılmalıdır 11.02.2026 - 18:00
Qan şəkərini salmağın yolu: pəhrizə əlavə edilməli əsas ədviyyatın adı açıqlandı11.02.2026 - 17:52
Xəzər Universitetində doktorantın dissertasiya işinin ilkin müzakirəsi keçirilib11.02.2026 - 17:49
AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda11.02.2026 - 17:47
Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO11.02.2026 - 17:43
Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirilib11.02.2026 - 17:35
Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq11.02.2026 - 17:30
Daşkənd və Xəzər universitetləri arasında elmi əməkdaşlıq müzakirə olunub11.02.2026 - 17:27
Mədəniyyət Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib11.02.2026 - 17:22
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb11.02.2026 - 17:16
Məktəblərdə şagirdlərin şəxsi inkişafı üçün tədbirlər yetərsizdir – ekspert11.02.2026 - 17:13
Elmi dərəcə almaq asanlaşıb, yoxsa çətinləşib? - 5 ilin STATİSTİKASI11.02.2026 - 17:07
İbtidai siniflərdə musiqi dərsliyində yeniliklər11.02.2026 - 17:02
İRİA hər il orta hesabla 250–300 yeni startapın yaranmasına dəstək verir11.02.2026 - 17:00
“Repetitorluğun artmasının iki əsas səbəbi var” - Ramin Nurəliyev11.02.2026 - 16:51
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib11.02.2026 - 16:43
NDU gimnaziyası “Sabahın Alimləri” finalında “ReseptPlus”la yarışacaq 11.02.2026 - 16:39
Naxçıvan Dövlət Universitetinin tədqiqat qrupu beynəlxalq müsabiqədə I yer qazandı - FOTO11.02.2026 - 16:30
Akif Əlinin “Özgə dünya” povesti kitab şəklində çap olunub11.02.2026 - 16:23
“Marsda 50 il əvvəl həyat tapılıb”11.02.2026 - 16:13
Vətəndaşlar internet provayderi vahid platforma üzərindən seçə biləcək11.02.2026 - 16:05
Tanınmış türkiyəli aktyor vəfat etdi11.02.2026 - 15:59
DÜNYA 6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi11.02.2026 - 15:55
Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan respublika konfransı keçiriləcək11.02.2026 - 15:50
İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq11.02.2026 - 15:44
Əqli Mülkiyyət Agentliyində qadın alimlərlə görüş keçirilib11.02.2026 - 15:40
Bioloq-alim: Azərbaycanda zəliçilik təsərrüfatları və biofabriklərin yaradılmasına ehtiyac var11.02.2026 - 15:36
Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi11.02.2026 - 15:33
12 yaşında magistr, 15 yaşında fəlsəfə doktoru oldu – Loran Simons 11.02.2026 - 15:27
Bu məhsullar qadağandır: ancaq tələbat artır, çarə tükənir...11.02.2026 - 15:21
İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub11.02.2026 - 15:13
Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?11.02.2026 - 15:10
"Global Media Group" Media Akademiyasının növbəti təlim proqramı yekunlaşıb11.02.2026 - 15:00
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət etdilər11.02.2026 - 14:55
UNEC Kollecinin nailiyyəti: yeni sertifikatlar əldə olundu11.02.2026 - 14:46
Alyona Əliyeva Talassemiya Mərkəzindən paylaşım edib11.02.2026 - 14:37