Fici sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.
“Tehsil365” Publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata görə, zəlzələnin episentri ada respublikasının paytaxtı, təxminən 77 000 insanın yaşadığı Suvadan 467 km cənub-şərqdə, ocağı 511 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib

