Təhsil 365 - Logo Mobile

İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

5311.02.2026 - 15:13
İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və "Sistem Global Danışmanlık A.Ş" konsaltinq şirkətinin tərəfdaşlığı ilə "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" adlı forum keçirilib.

“Tehsil365“Report-a istinadən xəbər verir ki,Forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri iştirak ediblər.

Tədbiri salamlama nitqi ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumun iki ölkə arasında rəqəmsal əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib: "Azərbaycan və Türkiyə rəqəmsal inkişafa dövlət səviyyəsində strateji yanaşan ölkələrdir. Hər iki ölkə rəqəmsal texnologiyanı iqtisadi artımın, dövlət idarəçiliyində səmərəliliyinin və rəqabətqabiliyyətli biznes mühitinin əsas dayaqlarından biri kimi görür. Bu forum sayəsində şirkət və qurumlar nəticəyönümlü əməkdaşlıq formalaşdıraraq, mövcud potensialı daha da artıra bilərlər".

Forumun rəsmi hissəsində, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak, İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev və "Sistem Global Danışmanlık"ın İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu Azərbaycan və Türkiyə arasında İKT sahəsində güclənən əməkdaşlığın potensialına dair öz fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan və Türkiyənin texnoloji və innovativ ekosistemləri haqqında panel müzakirələri baş tutub. Hər iki ölkəni təmsil edən ekspertlər müzakirələr zamanı rəqəmsal transformasiya, "GovTech" texnologiyaları, süni intellekt, "ağıllı şəhərlər", İKT-də insan kapitalı və digər mövzularda fikir mübadiləsi aparıblar.

Forumun ikinci hissəsində Türkiyə və Azərbaycan şirkətlərinin, eləcə də dövlət qurumlarının iştirakı ilə B2B və B2G görüş sessiyaları baş tutub. Bu sessiyalar çərçivəsində dövlət və özəl sektorda texnoloji həllər və innovativ yanaşmalar üzrə potensial əməkdaşlıq istiqamətləri dəyərləndirilib, investisiya, startaplar və texnoloji şirkətlər üçün maliyyələşmə və inkişaf perspektivləri müzakirə olunub.

İRİA bu forumu 10-dan çox ölkədə (Sinqapur, Almaniya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri və s.) nümayəndəliyi olan və Türkiyənin aparıcı konsaltinq şirkəti sayılan "Sistem Global Danışmanlık" ilə birgə həyata keçirib. Forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında İKT və rəqəmsal transformasiya sahəsində strateji əməkdaşlığın gücləndirilməsi, iki ölkənin texnoloji ekosistemləri, eləcə də biznes subyektləri və dövlət qurumları arasında nəticəyönümlü və davamlı tərəfdaşlığın qurulmasıdır.

Mehriban İbadova

Xəbər Lenti

Cəsarət Valehov: Bu ildən bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə şagird qəbulu aparılacaq11.02.2026 - 19:45
Seymur Hüseynov: Ötən il Heydər Əliyev mərkəzlərini 180 mindən çox qonaq ziyarət edib11.02.2026 - 19:35
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır11.02.2026 - 19:25
İtkin şəhidimizin nəşinin qalıqları tapıldı - 34 il sonra11.02.2026 - 19:11
BDU-nun kafedra müdiri: Floranın taksonomik dəqiqliyi və monitorinqi ekoloji təhlükəsizlik üçün əsas şərtdir11.02.2026 - 19:03
Buraxılış imtahanları zamanı abituriyentlər niyə stress yaşayır? – Psixoloqdan AÇIQLAMA11.02.2026 - 18:51
Məleykə Abbaszadə: Qəbul proqramı buraxılış imtahanlarının nəticələri əsasında formalaşdırılır11.02.2026 - 18:46
Süni intellektin inkişafı Asiyada gəncləri ailə qurmaqdan yayındırır11.02.2026 - 18:36
Suriyalı pianoçu: Qara Qarayevin musiqisi rəngarəng çalarlara malikdir11.02.2026 - 18:30
Milli Xalça Muzeyində Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılıb11.02.2026 - 18:20
İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır – Həqiqət yoxsa reklam?11.02.2026 - 18:10
AMEA-nın dərslik ekspertizasında rolu artırılmalıdır 11.02.2026 - 18:00
Qan şəkərini salmağın yolu: pəhrizə əlavə edilməli əsas ədviyyatın adı açıqlandı11.02.2026 - 17:52
Xəzər Universitetində doktorantın dissertasiya işinin ilkin müzakirəsi keçirilib11.02.2026 - 17:49
AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda11.02.2026 - 17:47
Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO11.02.2026 - 17:43
Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirilib11.02.2026 - 17:35
Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq11.02.2026 - 17:30
Daşkənd və Xəzər universitetləri arasında elmi əməkdaşlıq müzakirə olunub11.02.2026 - 17:27
Mədəniyyət Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib11.02.2026 - 17:22
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb11.02.2026 - 17:16
Məktəblərdə şagirdlərin şəxsi inkişafı üçün tədbirlər yetərsizdir – ekspert11.02.2026 - 17:13
Elmi dərəcə almaq asanlaşıb, yoxsa çətinləşib? - 5 ilin STATİSTİKASI11.02.2026 - 17:07
İbtidai siniflərdə musiqi dərsliyində yeniliklər11.02.2026 - 17:02
İRİA hər il orta hesabla 250–300 yeni startapın yaranmasına dəstək verir11.02.2026 - 17:00
“Repetitorluğun artmasının iki əsas səbəbi var” - Ramin Nurəliyev11.02.2026 - 16:51
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib11.02.2026 - 16:43
NDU gimnaziyası “Sabahın Alimləri” finalında “ReseptPlus”la yarışacaq 11.02.2026 - 16:39
Naxçıvan Dövlət Universitetinin tədqiqat qrupu beynəlxalq müsabiqədə I yer qazandı - FOTO11.02.2026 - 16:30
Akif Əlinin “Özgə dünya” povesti kitab şəklində çap olunub11.02.2026 - 16:23
“Marsda 50 il əvvəl həyat tapılıb”11.02.2026 - 16:13
Vətəndaşlar internet provayderi vahid platforma üzərindən seçə biləcək11.02.2026 - 16:05
Tanınmış türkiyəli aktyor vəfat etdi11.02.2026 - 15:59
DÜNYA 6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi11.02.2026 - 15:55
Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan respublika konfransı keçiriləcək11.02.2026 - 15:50
İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq11.02.2026 - 15:44
Əqli Mülkiyyət Agentliyində qadın alimlərlə görüş keçirilib11.02.2026 - 15:40
Bioloq-alim: Azərbaycanda zəliçilik təsərrüfatları və biofabriklərin yaradılmasına ehtiyac var11.02.2026 - 15:36
Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi11.02.2026 - 15:33
12 yaşında magistr, 15 yaşında fəlsəfə doktoru oldu – Loran Simons 11.02.2026 - 15:27
Bu məhsullar qadağandır: ancaq tələbat artır, çarə tükənir...11.02.2026 - 15:21
Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?11.02.2026 - 15:10
"Global Media Group" Media Akademiyasının növbəti təlim proqramı yekunlaşıb11.02.2026 - 15:00
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət etdilər11.02.2026 - 14:55
UNEC Kollecinin nailiyyəti: yeni sertifikatlar əldə olundu11.02.2026 - 14:46
Alyona Əliyeva Talassemiya Mərkəzindən paylaşım edib11.02.2026 - 14:37
Süni intellekt “əməliyyatlara girir”, amma...11.02.2026 - 14:26