1992-ci ildə Şri-Lanka Demokratik Sosialist Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
"Tehsil365" xəbər verir ki,Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya ölkələri ilə diplomatik münasibətlərin qurulması istiqamətində ardıcıl addımlar atmışdır. Bu çərçivədə Asiya regionunun dövlətləri də Azərbaycanın suverenliyini tanıyan ölkələr sırasında yer almışdır.
Şri-Lankanın Azərbaycanın müstəqilliyini tanıması iki ölkə arasında gələcək əməkdaşlıq üçün hüquqi-siyasi zəmin yaratmış, qarşılıqlı münasibətlərin inkişafına təkan vermişdir.
Hazırda Azərbaycan müxtəlif region ölkələri ilə olduğu kimi, Cənubi Asiya dövlətləri ilə də siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinə önəm verir. Şri-Lankanın Azərbaycanın müstəqilliyini tanıması isə ölkəmizin beynəlxalq aləmdə tanınması prosesinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.

