Təhsil 365 - Logo Mobile

“Elm və Təhsil Fondu” qrant qaliblərini açıqladı

8512.02.2026 - 07:21
“Elm və Təhsil Fondu” qrant qaliblərini açıqladı

SOCAR-ın “Elm və Təhsil Fondu”nun 2025-ci il üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələr arasında elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasında neft, neft-kimya və qaz sənayesi, alternativ enerji və yaşıl energetika sahələri üzrə aktual elmi problemlərin nəzəri və praktiki aspektlərinin tədqiqi, innovativ və tətbiqyönümlü nəticələrin əldə olunması, eləcə də texnoloji və kommersiya potensialına malik elmi fəaliyyətin təşviqi məqsədilə təşkil olunub. Layihələr yataqların axtarışı, kəşfiyyatı, işlənməsi, karbohidrogen hasilatı, nəqli, emalı və sahənin dayanıqlı inkişafı kimi prioritet istiqamətləri əhatə edir.

SOCAR-ın “Elm və Təhsil Fondu”nun İdarə Heyətinin müvafiq qərarına əsasən, ekspert rəyləri nəzərə alınmaqla Müsabiqə Komissiyasının qiymətləndirməsi nəticəsində Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrin aşağıdakı layihələri qalib elan olunub:

Kation-kation və anion-anion əvəzləmələrində defektlərin yaranmasının nəzəri və spektroskopik tədqiqi (Fizika İnstitutu PHŞ);

Quyuların sulaşmasına qarşı perspektiv mübarizə üsullarının müqayisəli təhlili və səmərəli texnoloji həllərin işlənməsi (Neft və Qaz İnstitutu);

Azərbaycanda terrigen-karbonat qarışıq kollektor layları olan neft yataqlarının hasilat perspektivliyinin qiymətləndirilməsi (Neft və Qaz İnstitutu);

Qum təzahürlü sulaşmış quyularda neft hasilatının artırılması üçün in-situ gel əmələ gətirən nano-SiO₂/akrilamid əsaslı tərkibin işlənməsi (Kimya İnstitutu PHŞ);

Ştanqlı nasosla istismar olunan quyularda nasosun optimal iş rejiminin təyini üçün proqram təminatının (kompüter simulyatorunun) yaradılması (Riyaziyyat İnstitutu PHŞ);

Az debitli quyulardan neft hasilatında neft-su nisbətinin artırılması üçün texnologiyaların və idarəetmə sisteminin işlənilməsi (Riyaziyyat İnstitutu PHŞ);

Abşeron neftli-qazlı rayonunda yataqların işlənməsi ilə bağlı şaquli hərəkətlərin InSAR texnologiyası vasitəsilə monitorinqi və risklərin qiymətləndirilməsi (Geologiya və Geofizika İnstitutu);

Neft-qaz sənayesi üçün təbii azotlu üzvi birləşmələr əsasında çoxfunksiyalı inhibitor sistemlərinin sintezi və tətbiqi (Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu);

Neftçıxarmada rəqəmsal xidmət infrastrukturunun qiymətləndirilməsi modelləri və alqoritmlərinin işlənilməsi (Riyaziyyat İnstitutu PHŞ);

Yeni geofiziki yanaşmalarla qeyri-struktur tipli tələlərin aşkarlanma metodikasının təkmilləşdirilməsi (Geologiya və Geofizika İnstitutu);

Modifikasiya olunmuş silisium əsaslı nanohissəciklərin neft məhsullarının fiziki xüsusiyyətlərinə təsiri (Fizika İnstitutu PHŞ);

Neft hasilatında enerji sərfinin optimallaşdırılması üçün dərin təlim modelləri (İnformasiya Texnologiyaları İnstitutu);

Karbohidrogen tullantıları ilə ətraf mühitin çirklənməsinin riyazi modelləşdirilməsi və təsirlərin azaldılması yollarının işlənməsi (Riyaziyyat İnstitutu PHŞ);

Qazkondensat yataqlarının istismarı zamanı termodinamik proseslərin idarə edilməsi üsullarının təkmilləşdirilməsi (Neft və Qaz İnstitutu);

Ekoloji təmiz mühərrik yanacaqlarının istehsal texnologiyası (Akademik Y.Məmmədəliyev ad. Neft-Kimya Prosesləri İnstitutu);

Neftin axıcılığının artırılmasında multifunksional inhibitorların təsirinin spektral, molekulyar və reoloji tədqiqi (Neft-Kimya Prosesləri İnstitutu);

Abşeron yarımadası yataqlarında istismar obyektlərinin tükənmə dərəcəsinin təhlili və qalıq neft hasilatı üçün perspektiv obyektlərin müəyyənləşdirilməsi (Geologiya və Geofizika İnstitutu);

Azərbaycanın quru ərazilərində və Cənubi Xəzər hövzəsində qeyri-ənənəvi neft-qaz tələlərinin axtarışı metodologiyasının işlənməsi (Neft və Qaz İnstitutu);

Neftlə çirklənmiş torpaqlarda polisiklik aromatik karbohidrogenlərin parçalanması üçün yeni hibrid metodoloji yanaşma (Neft-Kimya Prosesləri İnstitutu);

Neft sənayesi üçün yeni nəsil nanokompozit materialların alınması (Fizika İnstitutu PHŞ);

Cənubi Xəzər çökəkliyində məhsuldar çöküntülərin neft-qaz potensialının qiymətləndirilməsi (Neft və Qaz İnstitutu);

Böyük Qafqazın cənub yamacında qeyri-struktur tələlərin paleorekonstruksiyası və geokimyəvi təhlili (Geologiya və Geofizika İnstitutu);

Balaxanı yatağında neftverimin mikrobioloji üsulla artırılması (Kimya İnstitutu PHŞ);

Xəzər dənizi neft-qaz infrastrukturunda korroziya inhibitorlarının optimallaşdırılmasında süni intellektin tətbiqi (Neft-Kimya Prosesləri İnstitutu).

Zeynəb Quluyeva

Xəbər Lenti

İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır13.02.2026 - 11:46
Azərbaycanda internetin sürəti ilə bağlı yenilik13.02.2026 - 11:38
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib13.02.2026 - 11:24
2 universitetin birləşdirilməsi ləğv olundu13.02.2026 - 11:12
Fevralın 13-də 18 dərəcə isti olacaq13.02.2026 - 11:00
Bu şagirdlər imtahanı yeni formatda verəcəklər13.02.2026 - 10:47
Leyla Əliyeva tarixi xalçanın son ilmələrini özü vurdu – FOTO13.02.2026 - 10:36
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar13.02.2026 - 10:25
Azərbaycanda universitet bu vəzifəyə işçi axtarır13.02.2026 - 10:13
Bu dərslər qaydalara uyğun keçirilmir - Ekspert: "Məktəblərdə ən yaralı yerimiz budur"13.02.2026 - 09:58
Sabah hava yağmursuz keçəcək13.02.2026 - 09:50
“Böyük Zəfərin qəhrəmanları” kataloqu təqdim olunub13.02.2026 - 09:46
Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib13.02.2026 - 09:40
AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır13.02.2026 - 09:33
DİM-də GRE General Test imtahanı keçirilib13.02.2026 - 09:19
Bu, eşitmə qabiliyyətinin azalmasına səbəb olur13.02.2026 - 09:08
UNEC magistrləri 20 ölkənin elmi rəhbərləri ilə tədqiqatlara başlayır13.02.2026 - 08:58
Paytaxt məktəblərində “Oxu dəqiqələri” keçirilir13.02.2026 - 08:46
Naxçıvanda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə təlim keçirilib13.02.2026 - 08:35
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb13.02.2026 - 08:23
Azərbaycanda tədqiqatı başa çatan PISA nəticələri ilin sonunda açıqlanacaq13.02.2026 - 08:11
Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - Fotolar13.02.2026 - 07:48
4-cü sinif şagirdi qəfil ölüb13.02.2026 - 07:36
ABŞ-də universitetdə atışma olub: ölənlər var13.02.2026 - 07:24
Rumıniyada təhsil almaq istəyənlərin nəzərinə: təqaüd proqramı elan edilib13.02.2026 - 07:14
Azərbaycan və Çin ortaq universitet planını müzakirə edib13.02.2026 - 07:02
Susie Dent uşaqların lüğət ehtiyatını artırmaq üçün fəndlərini bölüşür13.02.2026 - 06:54
Azərbaycan və İordaniya arasında diplomatik əlaqələrin qurulmasından illər ötür13.02.2026 - 06:36
Qazax Dövlət Rəsm Qalereyasının yaradılmasından 40 il ötür13.02.2026 - 06:18
Milli Qəhrəman Xanoğlan Məmmədovun xatirəsi anılır13.02.2026 - 06:00
Yazıçı və dramaturq Əfqan Əsgərovun xatirəsi anılır13.02.2026 - 05:42
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılır13.02.2026 - 05:18
Xalq artisti Nisə Qasımovanın doğum günü qeyd olunur13.02.2026 - 05:06
Rejissor və aktyor Şahmar Qəribli vəfat edib13.02.2026 - 04:54
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:36
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:18
Mir Həsən Vəzirov – 26 Bakı komissarından biridir13.02.2026 - 04:00
Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib12.02.2026 - 19:40
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir12.02.2026 - 19:28
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb12.02.2026 - 19:18
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib12.02.2026 - 19:10
Səfir: Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir12.02.2026 - 19:05
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib12.02.2026 - 19:00
Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb12.02.2026 - 18:48
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma12.02.2026 - 18:35
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar12.02.2026 - 18:20
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb12.02.2026 - 18:08
Depressiyanın yaranma səbəbləri müxtəlif amillərlə bağlıdır-psixoloq12.02.2026 - 18:00