Təhsil 365 - Logo Mobile

DİM doktorantura, dissertantura və adyunkturada təhsil alan 258 şəxs üçün imtahan keçirəcək

10412.02.2026 - 09:33
DİM doktorantura, dissertantura və adyunkturada təhsil alan 258 şəxs üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.

DİM-dən “Tehsil365"ə verilən məlumata görə, imtahanda 258 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isә yazılı tapşırıqların yerinә yetirilmәsinә (esse və vizual mәlumatın yazılı tәsviri üçün) ayrılır.

İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3 zal admini, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə ənənəvi qaydada kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Həmin gün keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-da keçiriləcək.

Zeynəb Quluyeva

Xəbər Lenti

İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır13.02.2026 - 11:46
Azərbaycanda internetin sürəti ilə bağlı yenilik13.02.2026 - 11:38
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib13.02.2026 - 11:24
2 universitetin birləşdirilməsi ləğv olundu13.02.2026 - 11:12
Fevralın 13-də 18 dərəcə isti olacaq13.02.2026 - 11:00
Bu şagirdlər imtahanı yeni formatda verəcəklər13.02.2026 - 10:47
Leyla Əliyeva tarixi xalçanın son ilmələrini özü vurdu – FOTO13.02.2026 - 10:36
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar13.02.2026 - 10:25
Azərbaycanda universitet bu vəzifəyə işçi axtarır13.02.2026 - 10:13
Bu dərslər qaydalara uyğun keçirilmir - Ekspert: "Məktəblərdə ən yaralı yerimiz budur"13.02.2026 - 09:58
Sabah hava yağmursuz keçəcək13.02.2026 - 09:50
“Böyük Zəfərin qəhrəmanları” kataloqu təqdim olunub13.02.2026 - 09:46
Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib13.02.2026 - 09:40
AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır13.02.2026 - 09:33
DİM-də GRE General Test imtahanı keçirilib13.02.2026 - 09:19
Bu, eşitmə qabiliyyətinin azalmasına səbəb olur13.02.2026 - 09:08
UNEC magistrləri 20 ölkənin elmi rəhbərləri ilə tədqiqatlara başlayır13.02.2026 - 08:58
Paytaxt məktəblərində “Oxu dəqiqələri” keçirilir13.02.2026 - 08:46
Naxçıvanda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə təlim keçirilib13.02.2026 - 08:35
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb13.02.2026 - 08:23
Azərbaycanda tədqiqatı başa çatan PISA nəticələri ilin sonunda açıqlanacaq13.02.2026 - 08:11
Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - Fotolar13.02.2026 - 07:48
4-cü sinif şagirdi qəfil ölüb13.02.2026 - 07:36
ABŞ-də universitetdə atışma olub: ölənlər var13.02.2026 - 07:24
Rumıniyada təhsil almaq istəyənlərin nəzərinə: təqaüd proqramı elan edilib13.02.2026 - 07:14
Azərbaycan və Çin ortaq universitet planını müzakirə edib13.02.2026 - 07:02
Susie Dent uşaqların lüğət ehtiyatını artırmaq üçün fəndlərini bölüşür13.02.2026 - 06:54
Azərbaycan və İordaniya arasında diplomatik əlaqələrin qurulmasından illər ötür13.02.2026 - 06:36
Qazax Dövlət Rəsm Qalereyasının yaradılmasından 40 il ötür13.02.2026 - 06:18
Milli Qəhrəman Xanoğlan Məmmədovun xatirəsi anılır13.02.2026 - 06:00
Yazıçı və dramaturq Əfqan Əsgərovun xatirəsi anılır13.02.2026 - 05:42
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılır13.02.2026 - 05:18
Xalq artisti Nisə Qasımovanın doğum günü qeyd olunur13.02.2026 - 05:06
Rejissor və aktyor Şahmar Qəribli vəfat edib13.02.2026 - 04:54
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:36
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:18
Mir Həsən Vəzirov – 26 Bakı komissarından biridir13.02.2026 - 04:00
Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib12.02.2026 - 19:40
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir12.02.2026 - 19:28
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb12.02.2026 - 19:18
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib12.02.2026 - 19:10
Səfir: Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir12.02.2026 - 19:05
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib12.02.2026 - 19:00
Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb12.02.2026 - 18:48
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma12.02.2026 - 18:35
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar12.02.2026 - 18:20
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb12.02.2026 - 18:08
Depressiyanın yaranma səbəbləri müxtəlif amillərlə bağlıdır-psixoloq12.02.2026 - 18:00