Təhsil 365 - Logo Mobile

Taksi sürücüsü olmaq istəyənlər üçün imtahana qeydiyyat elan olunur

6012.02.2026 - 10:10
Taksi sürücüsü olmaq istəyənlər üçün imtahana qeydiyyat elan olunur

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün martın 18-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.

“Tehsil365" xəbər verir ki, həmin şəxslər  12 fevral saat 12:00-dan 4 mart saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək  “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Aydan Ələkbərova

Xəbər Lenti

Rasim Balayev vəfat edib29.03.2026 - 10:49
Nazir Böyük Britaniyanın “ailəyönümlü” siyasətini saxtakarlıq adlandırdı29.03.2026 - 07:00
DfE müraciətlərin göndərilməsi ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirir29.03.2026 - 06:36
“Ömürdə bir dəfə” ezamiyyət: müəllimlər üçün qeyri-adi təşəbbüs müzakirə yaradır29.03.2026 - 06:18
Milli Qəhrəman Tabil Həsənovun xatirəsi ehtiramla yad edilir29.03.2026 - 06:00
Milli Qəhrəman Nizami Məmmədov ehtiramla anılır29.03.2026 - 05:42
Görkəmli maarifçi və dramaturq Süleyman Sani Axundov anılır29.03.2026 - 05:18
Milli Qəhrəman Fərhad Hümbətovun xatirəsi yad olunur29.03.2026 - 05:06
Milli Qəhrəman Cəmil Niftəliyev ehtiramla yad edilir29.03.2026 - 04:54
Meyxana ustası Elşən Xəzər yaradıcılığı ilə seçilir29.03.2026 - 04:36
Azərbaycanın əməkdar artisti Nazir Əliyev xatırlanır29.03.2026 - 04:18
Mirzə Əli Möcüz – Azərbaycan ədəbiyyatının unudulmaz satirik şairi29.03.2026 - 04:00
İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi28.03.2026 - 19:55
Yağış sabah da davam edəcək28.03.2026 - 19:45
Astana “Yer saatı” beynəlxalq aksiyasına qoşulub28.03.2026 - 19:36
Azərbaycanın milli təamları Gürcüstanda keçirilən festivalda nümayiş etdirilib28.03.2026 - 19:28
Mingəçevirli sənətsevərlərə hədiyyə: Üzeyir Hacıbəylinin operettası ilə unudulmaz anlar28.03.2026 - 19:20
Uşaqlarda məsuliyyət hissi necə formalaşdırılmalıdır? – Ekspert açıqladı28.03.2026 - 19:12
Valideyn-uşaq münasibətində ən çox edilən səhvlər hansılardır? – Ekspert açıqladı28.03.2026 - 19:05
Yağışlı hava sabah da davam edəcək28.03.2026 - 18:52
Olimpiadaçı şagirdlərin növbəti uğuru - KAIST tələbəsi adını qazandılar28.03.2026 - 18:42
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB28.03.2026 - 18:32
Azərbaycanda bu günə qədər 856 uşaq övladlığa verilib28.03.2026 - 18:24
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi28.03.2026 - 18:16
Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var28.03.2026 - 18:10
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!28.03.2026 - 18:08
Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?28.03.2026 - 18:02
İnfarkt üçün riskli yaş həddi28.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Qorxu filmlərinin təsiri izləmə tezliyi və psixoloji dayanıqlılıqla bağlıdır” 28.03.2026 - 17:55
Qızların həyatını xilas edən müəllim: dünya onu mükafatlandırdı28.03.2026 - 17:52
Sözün və ruhun bayramı28.03.2026 - 17:50
Məşhur bitki dərinin qocalmasını dayandıra bilər28.03.2026 - 17:45
Coğrafiya İnstitutu: Azərbaycanda aprel ayında da havanın yağıntılı keçməsi mümkündür28.03.2026 - 17:42
Onlara da tələbə kartı veriləcək 28.03.2026 - 17:40
Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin28.03.2026 - 17:35
ChatGPT ilə xərçəngə meydan oxudu - Nəticə heyrətləndirdi28.03.2026 - 17:33
Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oyanan kimi bunları edin28.03.2026 - 17:30
Azərbaycan sablyaçısı Daşkənddə bürünc medal qazanıb28.03.2026 - 17:26
Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: Əməliyyat olundu28.03.2026 - 17:25
Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR28.03.2026 - 17:20
Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda növbəti dəfə çıxış edib28.03.2026 - 17:18
"Google Translate"də inqilabi yenilik28.03.2026 - 17:15
“Elçilik” komediyası Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində28.03.2026 - 17:12
İnnovativ sosial informasiya şəbəkəsi nədir28.03.2026 - 17:10
Bu qidalar ürək üçün təhlükəlidir28.03.2026 - 17:05
“STRATCOM 2026” - Qlobal media cəmiyyətinin gələcəyə baxışı28.03.2026 - 17:04
"SpaceX" insanın Aya eniş tarixini açıqlayıb28.03.2026 - 17:00
Martın 29-nun havası açıqlandı28.03.2026 - 17:00