Təhsil 365 - Logo Mobile

Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək

7012.02.2026 - 10:20
Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.

Bu barədə “Tehsil365"ə DİM-dən verilən məlumata görə, imtahanda 258 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isә yazılı tapşırıqların yerinә yetirilmәsinә (esse və vizual mәlumatın yazılı tәsviri üçün) ayrılır.

İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3 zal admini, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə ənənəvi qaydada kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Həmin gün keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-da keçiriləcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Siyahı12.02.2026 - 12:49
Prezident bu şəxsləri təltif etdi - Siyahı12.02.2026 - 12:37
Elm və təhsil naziri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb12.02.2026 - 12:25
Hərbi təhsilə marağın təşviqi məqsədilə görüş keçirilib - FOTO12.02.2026 - 12:13
BMU dosentinin ət məhsulları texnologiyasına dair kitabı çap olunub12.02.2026 - 12:03
Zaur İsayev: "Akademiklər dərsliklərə daha həssas yanaşmalıdır" 12.02.2026 - 11:50
Rəssam Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək12.02.2026 - 11:39
Rober Tomanın “Tələ” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib - FOTO12.02.2026 - 11:28
Məktəblər üçün PISA tədqiqatı başa çatıb12.02.2026 - 11:17
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya çap olunub12.02.2026 - 11:07
“Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri davam edir - FOTOLAR12.02.2026 - 10:52
Respublika Elmi-Texniki Kitabxanasının informasiya bülleteni nəşr olunub12.02.2026 - 10:40
ARTİ müəllimlərin sertifikatlaşdırılması ilə bağlı saxta elanlara aydınlıq gətirdi12.02.2026 - 10:30
Taksi sürücüsü olmaq istəyənlər üçün imtahana qeydiyyat elan olunur12.02.2026 - 10:10
"Təhsildə humanitar fənlərin rolu yetərli deyil" - Təhsil eksperti Məzahir Məmmədli12.02.2026 - 09:58
Sabah havanın temperaturu 18 dərəcəyədək yüksələcək - PROQNOZ12.02.2026 - 09:50
İstedadlı təhsilalanlar üçün eksternat imtahanın nəticələri açıqlanıb 12.02.2026 - 09:44
DİM doktorantura, dissertantura və adyunkturada təhsil alan 258 şəxs üçün imtahan keçirəcək12.02.2026 - 09:33
DİM: TOEFL iBT imtahanında 11 nəfər iştirak edib12.02.2026 - 09:22
10 fənn üzrə kurikulumlar yenilənib12.02.2026 - 09:11
BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb12.02.2026 - 09:00
Alimlər "hörümçək ipəyi"nin möhkəmliyinin molekulyar sirrini üzə çıxarıblar12.02.2026 - 08:46
Azərbaycanda hava şəraiti mülayimləşib12.02.2026 - 08:35
Həftəsonu 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək12.02.2026 - 08:20
Ankarada “Bir dam altında min rəng” festivalında Azərbaycan milli stendlə təmsil olunub12.02.2026 - 08:08
Milli Kitabxanada “Xalq artisti Bəhram Mansurov” adlı kitab sərgisi açılıb12.02.2026 - 07:59
“Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri davam edir12.02.2026 - 07:45
Polis Akademiyasına kimlər, necə və hansı şərtlərlə qəbul olunur?12.02.2026 - 07:33
“Elm və Təhsil Fondu” qrant qaliblərini açıqladı12.02.2026 - 07:21
Mərkəz direktoru: Müəllimlərin pedaqoji inkişaf səviyyəsi yetərli deyil12.02.2026 - 07:02
İngilis məktəblərində neyromüxtəliflik və SEND şagirdləri üçün inklüziv məkanlar yaradılacaq12.02.2026 - 06:54
İngiltərədə məktəb telefon siyasəti işçi resurslarını ciddi şəkildə azaldır – araşdırma12.02.2026 - 06:36
Şri-Lanka Azərbaycanın müstəqilliyini tanıyıb12.02.2026 - 06:18
General Səməd bəy Mehmandarovun xatirəsi yad olunur12.02.2026 - 06:00
Milli Qəhrəman Təbriz Xəlilbəylinin xatirəsi anılır12.02.2026 - 05:42
Xalq rəssamı Altay Hacıyevin xatirəsi anılır12.02.2026 - 05:18
Aktrisa Kübra Dadaşovanın xatirəsi yad edilir12.02.2026 - 05:06
Professor Elmira Abasovanın xatirəsi ehtiramla yad olunur12.02.2026 - 04:54
Xanəndə Mais Salmanovun xatirəsi anılır12.02.2026 - 04:36
Görkəmli memar Ənvər Qasımzadənin xatirəsi yad edilir12.02.2026 - 04:18
Görkəmli tarzən Bəhram Mansurovun xatirəsi yad olunur12.02.2026 - 04:00
Cəsarət Valehov: Bu ildən bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə şagird qəbulu aparılacaq11.02.2026 - 19:45
Seymur Hüseynov: Ötən il Heydər Əliyev mərkəzlərini 180 mindən çox qonaq ziyarət edib11.02.2026 - 19:35
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır11.02.2026 - 19:25
İtkin şəhidimizin nəşinin qalıqları tapıldı - 34 il sonra11.02.2026 - 19:11
BDU-nun kafedra müdiri: Floranın taksonomik dəqiqliyi və monitorinqi ekoloji təhlükəsizlik üçün əsas şərtdir11.02.2026 - 19:03
Buraxılış imtahanları zamanı abituriyentlər niyə stress yaşayır? – Psixoloqdan AÇIQLAMA11.02.2026 - 18:51