Təhsil 365 - Logo Mobile

ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib

7312.02.2026 - 15:08
ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib

Fevralın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı şuranın növbəti iclası təşkil olunub. ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Bu barədə "Tehsil365"ə ADU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycanın beynəlxalq uğurları və strateji tərəfdaşlıq imkanları artmaqdadır. Tarixdə ilk dəfə olaraq ABŞ-ın Vitse-prezidenti Cey Di. Vensin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Rektor bildirib ki, bu səfər Azərbaycanın Prezidentinə və ölkəmizə olan münasibətin ifadəsidir və ölkəmizə yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır.

Daha sonra rektor müşaviri Coşqun Dadaşov universitetdə süni intellektdən istifadəyə dair görülən işlər barədə məlumat verib. Bildirilib ki, internet provayderlərinin iş imkanlarının yaxşılaşdırılması, universitetin elektronlaşdırılması, həm müəllimlərin, həm də tələbələrin tədris prosesinə daha uyğun qoşulması üçün tədbirlər görülüb. Eyni zamanda informasiya-kommunikasiya sahəsində imkanların artırılması və müasir tələblərə cavab verməsi istiqamətində işlər aparılır.

İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Fikrət İbiyev süni intellekt sahəsində dövlət strategiyasına uyğun olaraq tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb və kafedranın bu istiqamətdə aparıcı rol oynayacağını bildirib. Süni intellektlə idarə olunan təhsil sistemlərində ədalətlilik, şəffaflıq və hesabatlılığı təmin etmək məqsədilə tənzimləyici çərçivələrin formalaşmasının vacibliyi diqqətə çatdırılıb.

Elm və innovasiya məsələləri üzrə prorektor Həmidə Əliyeva çıxışında ADU-da keçirilmiş Süni İntellekt konfransından sonra Elm və Təhsil Nazirliyinə bu sahədə mərkəzin yaradılması ilə bağlı müraciətin olunduğunu qeyd edib. Həmçinin universitetdə süni intellektlə bağlı iclaslar keçirildiyi və elmi işlərin yoxlanılması istiqamətində işlərin aparıldığı bildirilib.

Daha sonra rektorun maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva, Tədris işləri üzrə prorektor Şəfəq Şahməmmədova, ADU MHİK sədri Misgər Məmmədov və İKT şöbəsinin müdiri Azər Kərimov təkliflərlə çıxış edib, bu sahədə yaradılacaq yeni vəzifələrlə bağlı məlumat veriblər.

İclas müzakirələrlə davam edib.

Aydan Ələkbərova

Xəbər Lenti

Rejissor və aktyor Şahmar Qəribli vəfat edib13.02.2026 - 04:54
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:36
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:18
Mir Həsən Vəzirov – 26 Bakı komissarından biridir13.02.2026 - 04:00
Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib12.02.2026 - 19:40
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir12.02.2026 - 19:28
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb12.02.2026 - 19:18
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib12.02.2026 - 19:10
Səfir: Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir12.02.2026 - 19:05
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib12.02.2026 - 19:00
Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb12.02.2026 - 18:48
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma12.02.2026 - 18:35
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar12.02.2026 - 18:20
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb12.02.2026 - 18:08
Depressiyanın yaranma səbəbləri müxtəlif amillərlə bağlıdır-psixoloq12.02.2026 - 18:00
Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib12.02.2026 - 17:58
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib12.02.2026 - 17:52
San-Fransiskoda müəllim tətili: minlərlə şagird dərsdən kənarda qalıb12.02.2026 - 17:48
Bu məktəbin şagirdləri minadan qoruyan smart ayaqqabı hazıladılar12.02.2026 - 17:42
Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı 12.02.2026 - 17:36
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib12.02.2026 - 17:35
6 planetin paradı olacaq12.02.2026 - 17:29
Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib12.02.2026 - 17:23
Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq12.02.2026 - 17:18
Temperatur 18 dərəcəyə yüksələcək12.02.2026 - 17:18
Azərbaycan alimləri məqalələrini “Cambridge University Press”də ödənişsiz dərc etdirə biləcəklər12.02.2026 - 17:15
FHN və ADA Universiteti arasında memorandum imzalandı - Fotolar12.02.2026 - 17:09
Uşaq evinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib12.02.2026 - 17:05
Azərbaycanda yeni televiziyaya lisenziya verildi12.02.2026 - 17:00
Şokolad təzyiqi salırmı?12.02.2026 - 16:52
Balıq yağı faydalıdır, yoxsa yox?12.02.2026 - 16:45
"IX sinfi bitirənlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər" - DİM sədri12.02.2026 - 16:42
Ən sağlam meyvə şirəsi hansıdır?12.02.2026 - 16:33
NASA Marsda həyata dair ən güclü sübutlardan birini tapdı: "Bəbir ləkəli" süxur12.02.2026 - 16:30
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur 12.02.2026 - 16:22
Mədəniyyət naziri tərəfindən Qaxda nəzərdə tutulan vətəndaşlarla görüşün tarixi dəyişdirilib12.02.2026 - 16:11
Süni intellekt onları sürətlə əvəz edəcək: Ən həssas 40 peşə12.02.2026 - 16:00
MEK-də “Azərbaycan qadınlarının dünya elminə töhfəsi” adlı tədbir keçirilib12.02.2026 - 16:00
BDU-da milli məhkəmələrin rolu müzakirə olunub12.02.2026 - 15:51
ABŞ-də keçirilən beynəlxalq olimpiadada uğur qazanan şagirdlər vətənə dönüblər12.02.2026 - 15:50
Rusiyada "WhatsApp" tamamilə bloklandı12.02.2026 - 15:42
Orta əsr mədəni irsinin qorunmasına həsr olunmuş onlayn elmi seminar keçirilib12.02.2026 - 15:40
Elgiz orqanlarını bağışladı12.02.2026 - 15:32
"Android" smartfonlarında "Telegram"ın xarici görünüşü tamamilə dəyişib12.02.2026 - 15:30
Xəzər Universitetində “EBSCO AI alətləri ilə axtarışın təkmilləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib12.02.2026 - 15:24
Xəzər Universitetində “Süni İntellektin real dünyaya təsiri” seminarı keçirilib12.02.2026 - 15:17
“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub12.02.2026 - 15:13