Təhsil 365 - Logo Mobile

MEK-də “Azərbaycan qadınlarının dünya elminə töhfəsi” adlı tədbir keçirilib

7812.02.2026 - 16:00
MEK-də “Azərbaycan qadınlarının dünya elminə töhfəsi” adlı tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Qadınlar Təşkilatı 11 Fevral - Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan “Azərbaycan qadınlarının dünya elminə töhfəsi” adlı tədbir keçirib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, MEK-dən AZƏRTAC-a bildirilib ki, təşkilatın sədri, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə tarixin bütün dövrlərində Azərbaycan qadınının rolundan danışıb. O, bu gün tarixin ən qüdrətli dövrünü yaşayan, qalib ölkənin qadınları kimi Azərbaycan qadınnıın ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynadıqlarını diqqətə çatdırıb.

Sonra AMEA-nın Qadınlar Şurasının sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin texnoloji innovasiyaların gender bərabərliyinə təsiri mövzusunda çıxışı dinlənilib. Elm və texnologiyanın sürətli inkişafı fonunda qadınların innovativ sahələrə inteqrasiyasının əhəmiyyətini ön plana çəkildiyini diqqətə çatdıran Mahrux Nəcəfli innovativ yanaşmaların elmi tədqiqatlarda səmərəliliyi artırdığını və qadınların STEM - elm, texnologiya, mühəndislik, riyaziyyat sahələrində imkanlarını genişləndirdiyini vurğulayıb.

Daha sonra MEK-in kitabxana xidməti üzrə direktor müavini Şəhla Quliyeva Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün tarixindən danışaraq günün əsas məqsədlərindən olan gender bərabərsizliyinin elmdə qlobal miqyasını, qızların erkən yaşlardan elmdən uzaqlaşması problemini, elmi innovasiya və qərarvermədə müxtəlifliyin əhəmiyyətini şərh edib.

MEK-in elmi katibi Şəbnəm Rüstəmova qeyd edib ki, tarixən Azərbaycan qadını cəmiyyətdə yüksək və mötəbər mövqe tutub. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti isə ölkəmizdə qadına göstərilən ehtiramın və etimadın parlaq nümunəsidir.

Əminə Axundova çıxışında anası, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Gültəkin Əsgərovanın timsalında Azərbaycan qadınının mərdliyi, vətənə bağlılığı və mənəvi gücündən söz açıb.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxışında Azərbaycan musiqi mədəniyyətində qadınların rolundan, milli, professional musiqimizə gətirdikləri yeniliklərdən bəhs edib.

Tədbirdə, həmçinin MEK-in Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin rəhbəri Şəfəq Əliyeva dünyanın bir çox STEM sahələrində qızların payının 35 faiz olduğu halda, Azərbaycanda bu göstəricinin təxminən 40 faizə çatdığını, bu rəqəmlərin təsadüfi olmadığını, dövlətin yürütdüyü əsaslı siyasətin və ictimai dəstəyin nəticəsi olduğunu deyib.

Digər çıxışlarda qadınların elmi fəaliyyətə cəlb edilməsinin Azərbaycanda yüksək səviyyədə olduğu bildirilib. Həmçinin ali təhsil və doktorantura pillələrində qadınların iştirakının yüksək olduğu qeyd edilib.

Mehriban İbadova

Xəbər Lenti

Rejissor və aktyor Şahmar Qəribli vəfat edib13.02.2026 - 04:54
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:36
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:18
Mir Həsən Vəzirov – 26 Bakı komissarından biridir13.02.2026 - 04:00
Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib12.02.2026 - 19:40
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir12.02.2026 - 19:28
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb12.02.2026 - 19:18
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib12.02.2026 - 19:10
Səfir: Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir12.02.2026 - 19:05
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib12.02.2026 - 19:00
Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb12.02.2026 - 18:48
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma12.02.2026 - 18:35
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar12.02.2026 - 18:20
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb12.02.2026 - 18:08
Depressiyanın yaranma səbəbləri müxtəlif amillərlə bağlıdır-psixoloq12.02.2026 - 18:00
Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib12.02.2026 - 17:58
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib12.02.2026 - 17:52
San-Fransiskoda müəllim tətili: minlərlə şagird dərsdən kənarda qalıb12.02.2026 - 17:48
Bu məktəbin şagirdləri minadan qoruyan smart ayaqqabı hazıladılar12.02.2026 - 17:42
Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı 12.02.2026 - 17:36
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib12.02.2026 - 17:35
6 planetin paradı olacaq12.02.2026 - 17:29
Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib12.02.2026 - 17:23
Temperatur 18 dərəcəyə yüksələcək12.02.2026 - 17:18
Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq12.02.2026 - 17:18
Azərbaycan alimləri məqalələrini “Cambridge University Press”də ödənişsiz dərc etdirə biləcəklər12.02.2026 - 17:15
FHN və ADA Universiteti arasında memorandum imzalandı - Fotolar12.02.2026 - 17:09
Uşaq evinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib12.02.2026 - 17:05
Azərbaycanda yeni televiziyaya lisenziya verildi12.02.2026 - 17:00
Şokolad təzyiqi salırmı?12.02.2026 - 16:52
Balıq yağı faydalıdır, yoxsa yox?12.02.2026 - 16:45
"IX sinfi bitirənlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər" - DİM sədri12.02.2026 - 16:42
Ən sağlam meyvə şirəsi hansıdır?12.02.2026 - 16:33
NASA Marsda həyata dair ən güclü sübutlardan birini tapdı: "Bəbir ləkəli" süxur12.02.2026 - 16:30
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur 12.02.2026 - 16:22
Mədəniyyət naziri tərəfindən Qaxda nəzərdə tutulan vətəndaşlarla görüşün tarixi dəyişdirilib12.02.2026 - 16:11
Süni intellekt onları sürətlə əvəz edəcək: Ən həssas 40 peşə12.02.2026 - 16:00
BDU-da milli məhkəmələrin rolu müzakirə olunub12.02.2026 - 15:51
ABŞ-də keçirilən beynəlxalq olimpiadada uğur qazanan şagirdlər vətənə dönüblər12.02.2026 - 15:50
Rusiyada "WhatsApp" tamamilə bloklandı12.02.2026 - 15:42
Orta əsr mədəni irsinin qorunmasına həsr olunmuş onlayn elmi seminar keçirilib12.02.2026 - 15:40
Elgiz orqanlarını bağışladı12.02.2026 - 15:32
"Android" smartfonlarında "Telegram"ın xarici görünüşü tamamilə dəyişib12.02.2026 - 15:30
Xəzər Universitetində “EBSCO AI alətləri ilə axtarışın təkmilləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib12.02.2026 - 15:24
Xəzər Universitetində “Süni İntellektin real dünyaya təsiri” seminarı keçirilib12.02.2026 - 15:17
“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub12.02.2026 - 15:13
ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib12.02.2026 - 15:08