Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya məxsus geyimlərdə efirə gəlib.
“Tehsil365“ Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Həmin Zaur" verilişində aparıcı-müğənni Sərxan Kərəmoğlunun ifa etdiyi "Qaynana" mahnısına rəqs edib. Sərxan geyimlərin Nəsibə Zeynalovaya məxsus olduğunu bildirib:
"Nəsibə xanımın öz paltarlarıdır. Filmdə geyindiyi libasları Tarix Muzeyindədir. Bunıar tamaşada oynayarkən geyindiyi paltarlardır. Nəsibə xanım 26 il əvvəl bu geyimləri mənə verib. O gündən saxlamışam və bu gün ilk dəfədir ki, geyinilib".
Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.

