Təhsil 365 - Logo Mobile

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

7512.02.2026 - 17:52
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Fevralın 9–13-də Özbəkistanın paytaxtı Daşkənddə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

“Tehsil365“AZƏRTAC-a istinadən xəbər verir ki,bu haqqda məlumatı Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sessiya çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilmişdir.

Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2024-cü il fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Ordubad şəhəri qədim tarixə malikdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.

Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi, həmçinin 2026-cı ildə ölkəmizdə elan edilmiş "Şəhərsalma və Memarlıq İli"nə mühüm töhfədir.

Növbəti mərhələdə Mədəniyyət Nazirliyi tərəfindən nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparılacaq.

Mehriban İbadova

Xəbər Lenti

Rejissor və aktyor Şahmar Qəribli vəfat edib13.02.2026 - 04:54
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:36
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:18
Mir Həsən Vəzirov – 26 Bakı komissarından biridir13.02.2026 - 04:00
Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib12.02.2026 - 19:40
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir12.02.2026 - 19:28
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb12.02.2026 - 19:18
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib12.02.2026 - 19:10
Səfir: Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir12.02.2026 - 19:05
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib12.02.2026 - 19:00
Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb12.02.2026 - 18:48
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma12.02.2026 - 18:35
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar12.02.2026 - 18:20
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb12.02.2026 - 18:08
Depressiyanın yaranma səbəbləri müxtəlif amillərlə bağlıdır-psixoloq12.02.2026 - 18:00
Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib12.02.2026 - 17:58
San-Fransiskoda müəllim tətili: minlərlə şagird dərsdən kənarda qalıb12.02.2026 - 17:48
Bu məktəbin şagirdləri minadan qoruyan smart ayaqqabı hazıladılar12.02.2026 - 17:42
Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı 12.02.2026 - 17:36
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib12.02.2026 - 17:35
6 planetin paradı olacaq12.02.2026 - 17:29
Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib12.02.2026 - 17:23
Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq12.02.2026 - 17:18
Temperatur 18 dərəcəyə yüksələcək12.02.2026 - 17:18
Azərbaycan alimləri məqalələrini “Cambridge University Press”də ödənişsiz dərc etdirə biləcəklər12.02.2026 - 17:15
FHN və ADA Universiteti arasında memorandum imzalandı - Fotolar12.02.2026 - 17:09
Uşaq evinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib12.02.2026 - 17:05
Azərbaycanda yeni televiziyaya lisenziya verildi12.02.2026 - 17:00
Şokolad təzyiqi salırmı?12.02.2026 - 16:52
Balıq yağı faydalıdır, yoxsa yox?12.02.2026 - 16:45
"IX sinfi bitirənlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər" - DİM sədri12.02.2026 - 16:42
Ən sağlam meyvə şirəsi hansıdır?12.02.2026 - 16:33
NASA Marsda həyata dair ən güclü sübutlardan birini tapdı: "Bəbir ləkəli" süxur12.02.2026 - 16:30
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur 12.02.2026 - 16:22
Mədəniyyət naziri tərəfindən Qaxda nəzərdə tutulan vətəndaşlarla görüşün tarixi dəyişdirilib12.02.2026 - 16:11
MEK-də “Azərbaycan qadınlarının dünya elminə töhfəsi” adlı tədbir keçirilib12.02.2026 - 16:00
Süni intellekt onları sürətlə əvəz edəcək: Ən həssas 40 peşə12.02.2026 - 16:00
BDU-da milli məhkəmələrin rolu müzakirə olunub12.02.2026 - 15:51
ABŞ-də keçirilən beynəlxalq olimpiadada uğur qazanan şagirdlər vətənə dönüblər12.02.2026 - 15:50
Rusiyada "WhatsApp" tamamilə bloklandı12.02.2026 - 15:42
Orta əsr mədəni irsinin qorunmasına həsr olunmuş onlayn elmi seminar keçirilib12.02.2026 - 15:40
Elgiz orqanlarını bağışladı12.02.2026 - 15:32
"Android" smartfonlarında "Telegram"ın xarici görünüşü tamamilə dəyişib12.02.2026 - 15:30
Xəzər Universitetində “EBSCO AI alətləri ilə axtarışın təkmilləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib12.02.2026 - 15:24
Xəzər Universitetində “Süni İntellektin real dünyaya təsiri” seminarı keçirilib12.02.2026 - 15:17
“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub12.02.2026 - 15:13
ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib12.02.2026 - 15:08