Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.
"Tehsil365" xəbər verir ki,O, Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri kimi uzun illər milli mədəniyyətimizin inkişafına töhfələr verib.
Səhnə fəaliyyətinə gənc yaşlarından başlayan Əliabbas Qədirov yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, müxtəlif xarakterli rolların ifasında peşəkarlığı və səhnə mədəniyyəti ilə seçilib, teatr sənətində özünəməxsus iz qoyub. Kino sahəsində də uğurlu çıxışları ilə yadda qalıb.
Aktyorun sənətə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib və 1989-cu ildə ona “Azərbaycan SSR xalq artisti” fəxri adı verilib.
Əliabbas Qədirov 8 mart 2006-cı ildə Bakı şəhərində vəfat edib. O, Azərbaycan səhnə və ekran sənətində yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında yaşayır.

