Bu gün Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadıq oğlu Məmmədovun doğum günü qeyd olunur.
"Tehsil365" xəbər verir ki,Xanoğlan Məmmədov 13 fevral 1975-ci ildə Neftçala rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, göstərdiyi igidlik və şücaətlə seçilib.
1995-ci il mart hadisələri zamanı Qazax rayonunda baş verən qarşıdurmalarda qəhrəmancasına həlak olub. Gənc yaşında şəhidlik zirvəsinə ucalan Xanoğlan Məmmədovun Vətənə sədaqəti və fədakarlığı xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir.
Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi şücaətə görə Xanoğlan Sadıq oğlu Məmmədova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Onun əziz xatirəsi daim hörmət və minnətdarlıqla anılır.

