1986-cı ildə Qazax Dövlət Rəsm Qalereyası yaradılıb.
"Tehsil365" xəbər verir ki,Bu mədəniyyət ocağı regionda təsviri incəsənətin inkişafına təkan verən mühüm sənət məkanlarından biri kimi fəaliyyət göstərir.
Yarandığı gündən etibarən qalereya yerli və respublika səviyyəli rəssamların əsərlərinin nümayişi, sərgilərin təşkili və incəsənətin təbliği istiqamətində ardıcıl iş aparıb. Burada müxtəlif janr və üslublarda yaradılmış rəsm və qrafika nümunələri, eləcə də dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir.
Qazax Dövlət Rəsm Qalereyası eyni zamanda gənc istedadların üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi və sənətsevərlərlə görüşlərin təşkili baxımından da əhəmiyyətli rol oynayır.
Bu gün də qalereya regionun mədəni həyatında fəal iştirak edir və milli təsviri sənətin inkişafına töhfə verməkdə davam edir.

