1993-cü ildə Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələr qurulub.
"Tehsil365" xəbər verir ki, Bununla da iki ölkə arasında rəsmi siyasi münasibətlərin əsası qoyulub.
Diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində Azərbaycan və İordaniya arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edib. Siyasi dialoq, iqtisadi əlaqələr, humanitar və mədəni sahələrdə qarşılıqlı münasibətlər genişlənib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq möhkəmlənib.
İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər münasibətlərin inkişafına töhfə verib, dostluq və tərəfdaşlıq əlaqələri daha da dərinləşib.
Bu gün Azərbaycan–İordaniya münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında davam edir.

