Təhsil 365 - Logo Mobile

Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib

7512.02.2026 - 19:40
Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib

Ağdam şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib.

Dövlət İdarəçilik Akademiyasından “Tehsil365” ə verilən məlumata görə, təlim proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidmətləri”nin əməkdaşları üçün nəzərdə tutulub və dövlət idarəçiliyində müasir yanaşmaların, innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqların artırılmasını hədəfləyir.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış ediblər. Çıxışlarda dövlət idarəçiliyində innovativ yanaşmaların əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və idarəetmə proseslərində peşəkar kadr potensialının rolu vurğulanıb.

Təlim proqramı çərçivəsində akademik Urxan Ələkbərov tərəfindən keçirilən təlimdə Azərbaycanın müasir dövlət idarəçiliyinin formalaşmasında liderliyin, institusional davamlılığın və innovativ yanaşmaların rolu geniş təhlil olunub, ölkəmizin iqtisadi, texnoloji və idarəetmə potensialının Prezident İlham Əliyevin uzaqgörən siyasəti və ardıcıl islahatları nəticəsində əhəmiyyətli dərəcədə gücləndiyi vurğulanıb. Təlim çərçivəsində dövlət idarəçiliyinin klassik nəzəri əsasları ilə müasir idarəetmə prinsipləri qarşılıqlı müqayisə olunub, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji idarəetmə və enerji siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən innovativ və adaptiv yanaşmalarla uğurla davam etdirildiyi qeyd olunub, dövlət qulluqçularının peşəkar bacarıqlarının artırılması baxımından praktiki əhəmiyyət daşıyan müzakirələr aparılıb.

Proqramın davamında “Azərbaycan Respublikasında dövlət idarəçiliyi islahatları” mövzusunda növbəti təlim keçirilib. Təlim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Əliyev tərəfindən aparılıb. Sessiya zamanı dövlət idarəçiliyində institusional islahatların mərhələləri, normativ-hüquqi baza, şəffaflıq və hesabatlılığın gücləndirilməsi istiqamətində görülən tədbirlər, eləcə də idarəetmədə səmərəlilik və vətəndaş məmnunluğu prinsipləri ətraflı şəkildə izah olunub.

Təlim proqramının ikinci günündə hüquq elmləri doktoru, professor Namiq Əliyev “Dövlət idarəçiliyində protokol qaydaları” mövzusunda çıxış edib. Təlim çərçivəsində dövlət idarəçiliyində rəsmi protokol və etik davranış qaydalarının əhəmiyyəti, rəsmi sənədləşmə prosedurları və tədbirlərin təşkili prinsipləri iştirakçıların diqqətinə çatdırılıb.

Proqramın davamında siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Osmanova tərəfindən “Dövlət idarəçiliyində komanda quruculuğu” mövzusunda təlim təşkil olunub. Təlim zamanı effektiv komanda modelinin formalaşdırılması, əməkdaşlıq və liderlik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin idarəetmə prosesində qarşılıqlı dəstək və koordinasiyanın rolu üzrə praktiki yanaşmalar təqdim edilib.

Təlim proqramı iştirakçılar tərəfindən məmnunluqla qarşılanıb və uğurla başa çatıb.

Təlim proqramının növbəti mərhələlərinin mart-aprel aylarında davam etdirilməsi nəzərdə tutulur.

Nərmin Mustafayeva

Xəbər Lenti

Rejissor və aktyor Şahmar Qəribli vəfat edib13.02.2026 - 04:54
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:36
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:18
Mir Həsən Vəzirov – 26 Bakı komissarından biridir13.02.2026 - 04:00
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir12.02.2026 - 19:28
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb12.02.2026 - 19:18
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib12.02.2026 - 19:10
Səfir: Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir12.02.2026 - 19:05
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib12.02.2026 - 19:00
Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb12.02.2026 - 18:48
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma12.02.2026 - 18:35
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar12.02.2026 - 18:20
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb12.02.2026 - 18:08
Depressiyanın yaranma səbəbləri müxtəlif amillərlə bağlıdır-psixoloq12.02.2026 - 18:00
Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib12.02.2026 - 17:58
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib12.02.2026 - 17:52
San-Fransiskoda müəllim tətili: minlərlə şagird dərsdən kənarda qalıb12.02.2026 - 17:48
Bu məktəbin şagirdləri minadan qoruyan smart ayaqqabı hazıladılar12.02.2026 - 17:42
Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı 12.02.2026 - 17:36
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib12.02.2026 - 17:35
6 planetin paradı olacaq12.02.2026 - 17:29
Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib12.02.2026 - 17:23
Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq12.02.2026 - 17:18
Temperatur 18 dərəcəyə yüksələcək12.02.2026 - 17:18
Azərbaycan alimləri məqalələrini “Cambridge University Press”də ödənişsiz dərc etdirə biləcəklər12.02.2026 - 17:15
FHN və ADA Universiteti arasında memorandum imzalandı - Fotolar12.02.2026 - 17:09
Uşaq evinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib12.02.2026 - 17:05
Azərbaycanda yeni televiziyaya lisenziya verildi12.02.2026 - 17:00
Şokolad təzyiqi salırmı?12.02.2026 - 16:52
Balıq yağı faydalıdır, yoxsa yox?12.02.2026 - 16:45
"IX sinfi bitirənlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər" - DİM sədri12.02.2026 - 16:42
Ən sağlam meyvə şirəsi hansıdır?12.02.2026 - 16:33
NASA Marsda həyata dair ən güclü sübutlardan birini tapdı: "Bəbir ləkəli" süxur12.02.2026 - 16:30
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur 12.02.2026 - 16:22
Mədəniyyət naziri tərəfindən Qaxda nəzərdə tutulan vətəndaşlarla görüşün tarixi dəyişdirilib12.02.2026 - 16:11
MEK-də “Azərbaycan qadınlarının dünya elminə töhfəsi” adlı tədbir keçirilib12.02.2026 - 16:00
Süni intellekt onları sürətlə əvəz edəcək: Ən həssas 40 peşə12.02.2026 - 16:00
BDU-da milli məhkəmələrin rolu müzakirə olunub12.02.2026 - 15:51
ABŞ-də keçirilən beynəlxalq olimpiadada uğur qazanan şagirdlər vətənə dönüblər12.02.2026 - 15:50
Rusiyada "WhatsApp" tamamilə bloklandı12.02.2026 - 15:42
Orta əsr mədəni irsinin qorunmasına həsr olunmuş onlayn elmi seminar keçirilib12.02.2026 - 15:40
Elgiz orqanlarını bağışladı12.02.2026 - 15:32
"Android" smartfonlarında "Telegram"ın xarici görünüşü tamamilə dəyişib12.02.2026 - 15:30
Xəzər Universitetində “EBSCO AI alətləri ilə axtarışın təkmilləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib12.02.2026 - 15:24
Xəzər Universitetində “Süni İntellektin real dünyaya təsiri” seminarı keçirilib12.02.2026 - 15:17
“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub12.02.2026 - 15:13
ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib12.02.2026 - 15:08