Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib.
“Tehsil365” xəbər verir ki, imtahan 13 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub.İmtahanda 7 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8 -10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 13 mart 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre

