Təhsil 365 - Logo Mobile

Bu dərslər qaydalara uyğun keçirilmir - Ekspert: "Məktəblərdə ən yaralı yerimiz budur"

10813.02.2026 - 09:58
Bu dərslər qaydalara uyğun keçirilmir - Ekspert: "Məktəblərdə ən yaralı yerimiz budur"

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda uşaqların boy göstəriciləri orta Avropa ölkələri ilə müqayisədə daha aşağıdır və bu tendensiya illərdir davam edir. Onun sözlərinə görə, məktəblərdə uşaqlara balanslı və keyfiyyətli yemək verilməsi zərurətə çevrilib, çünki ailələrə göstərilən sosial yardımlar hər zaman uşaqların qidalanmasına yönəlmir. Deputat həmçinin qeyd edib ki, məktəblərin ətrafında spirtli içkilər, energetik içkilər və qəlyan satışı kimi qanunsuz hallar mövcuddur və bu istiqamətdə effektiv nəzarət yoxdur.

Təhsil eksperti Ramin Nurəliyev “Tehsil365"ə bildirib ki, millət vəklinin dediyi kimi, Azərbaycanda uşaqların boy göstəriciləri Avropa ölkələri ilə müqayisədə aşağıdır:

"Bu gün bunu qəbul edirik, bəli, doğrudur, aşağıdır və bu tendensiya illərdir davam edir. Məktəblərdə uşaqlara balanslı və keyfiyyətli yemək verilməsi zərurətə çevrilib. Çünki ailələrə göstərilən sosial yardımlar hər zaman uşaqların qidalanmasına yönəldilmir. Bu yöndə də onun haqlı tərəfləri var. Bəli, sosial yardımlar ailəyə verildiyi təqdirdə, ailələr bəzən həmin vəsaiti öz digər problemlərini həll etməyə sərf edirlər. Yəni onu uşaqların tam qidalanmasına xərcləmirlər. Bunun da müəyyən haqlı tərəfləri var, yəni ailənin də haqlı tərəfi var. Ailəyə verilən sosial yardım zamanı başqa problemlər ortaya çıxdığı təqdirdə, əlbəttə ki, həmin vəsait o problemlərin həllinə istifadə oluna bilir. Bu isə istər-istəməz həmin məbləğin və ya yardımın uşaqların qidalanmasına sərf edilməsində müəyyən çətinliklər yaradır. Ümumiyyətlə, bizdə qidalanma məsələsində həqiqətən də ciddi problemlər var. Qidaların təhlükəsizliyi o qədər də ürəkaçan səviyyədə deyil. Hansı qidanın haradan və hansı şəkildə bizə gəldiyi və burada hansı formada yoxlanıldığı bir qədər müəmmalı görünür. Ona görə də hesab edirəm ki, bu istiqamətdə müvafiq qurumlar mütləq zəruri tədbirlər görməlidirlər. Qidalanma məsələsi ümumilikdə insanların, xüsusilə də uşaqların və azyaşlıların gələcəyinə həm müsbət, həm də mənfi təsir göstərir", - deyə o vurğuladı.

Müsahibimiz boy məsələsindən də danışdı:

"Bizim gənclərimizin və ailələrin uşaqlarını orta ümumtəhsil məktəblərində və ya məktəbdənkənar vaxtlarda idmana yönləndirməsi bir qədər çətin görünür. Burada hər hansı konkret bir idman növündən söhbət getmir. Bizdə, məsələn, basketbol boy artımı üçün daha əlverişli idman növü hesab olunur, üzgüçülük də boy uzatmaq üçün faydalı sayılır. Əslində, mən bunu dəfələrlə demişəm, orta məktəblərdə ən yaralı yerimiz məhz budur. Orta məktəblərdə fiziki tərbiyə müəllimlərinin təxminən 80 faizi Elm və Təhsil Nazirliyi tərəfindən verilən plan və proqrama uyğun tədris prosesini həyata keçirmir. Müəllimə plan verilir və o, həmin plana uyğun dərs keçməlidir. Əgər dərslər plana uyğun keçirilsə, orada voleybol da var, basketbol da var, turnik də var və digər idman növləri də mərhələli, ardıcıl və düzgün şəkildə proqrama daxil edilib. Sadəcə olaraq bəzi müəllimlər ya rahat olsunlar deyə, ya da şagirdlərin istəklərinə əsasən bir top atırlar və bununla da dərs başa çatır, uşaqlar futbol oynayır və idman dərsi bu şəkildə keçirilir. Bu, düzgün deyil. İdman dərsləri qaydalara uyğun keçirilsə, uşaqların inkişafına da müsbət təsir göstərər.

Bununla yanaşı, valideynlər də öz övladlarını məktəbdənkənar vaxtlarda idmana yönləndirməlidirlər. Bildiyiniz kimi, həftədə bir dəfə idman dərsi olur. Həftənin digər günlərində də uşaqların fiziki fəaliyyətlə məşğul olması vacibdir. Burada idman növü dedikdə mütləq döyüş idman növləri nəzərdə tutulmur. Xeyr, buna ehtiyac yoxdur. Fiziki sağlamlığı inkişaf etdirən və boy artımına müsbət təsir göstərən idman növləri var: turnik, dartınma hərəkətləri, gimnastika, basketbol və s. Valideynlər uşaqların bu fəaliyyətlərlə məşğul olmasına mütləq dəstək verməli və köməklik göstərməlidirlər. Amma çox təəssüf ki, nə orta ümumtəhsil məktəblərində bu istiqamətdə lazımi addımlar atılır, nə də valideynlər tərəfindən yetərli tədbirlər görülür. Məhz buna görə də uşaqların boy inkişafı istənilən səviyyədə deyil".

Ramin Nurəliyev də deputatın fikirlərinə qoşularaq vurğulayıb ki, məktəblərin yaxınlığında energetik içkilər və qəlyan satışı mövcuddur və bu istiqamətdə effektiv nəzarət yoxdur:

"Bu fikirlə tamamilə razıyam. Məktəblərin ətrafında əvvəllər əsasən kitab, dərs vəsaiti, qələm və digər məktəb ləvazimatları satılırdı. Amma bu gün çox təəssüf ki, məktəblərin ətrafında daha çox spirtli içkilər, qazlı və energetik içkilər, siqaret, hətta tək-tək satılan siqaretlər, qəlyanxanalar və gəncliyi zərərli vərdişlərə cəlb edən satışlar həyata keçirilir. Bəzən həmin yerlərdə qanunsuz həblər də satılır. Narkotik vasitələrə yaxın təsirə malik, şəffaf qablaşdırmada olan həblər şagirdlərə təqdim olunur. Şagird ora mütəmadi daxil olub əvvəlcə siqaret alır, sonra digər məhsulları alır və tədricən daha təhlükəli maddələrə alışır. Çox təəssüf ki, bu istiqamətdə nəzarət mexanizmi olduqca zəifdir. Hesab edirəm ki, millət vəkili bu məsələdə tamamilə haqlıdır. Müvafiq qurumlar zəruri tədbirlər görməlidir. Gəncliyimiz uçuruma gedir. Gəncliyimizi bir tərəfdən sosial platformalar zəhərləyir, bir tərəfdən məktəblərin ətrafındakı hadisələr zəhərləyir, digər tərəfdən isə qida sahəsindəki problemlər zəhərləyir. Yəni gəncliyimiz faktiki olaraq zəhərlənir".

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycanda internetin sürəti ilə bağlı yenilik13.02.2026 - 11:38
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib13.02.2026 - 11:24
2 universitetin birləşdirilməsi ləğv olundu13.02.2026 - 11:12
Fevralın 13-də 18 dərəcə isti olacaq13.02.2026 - 11:00
Bu şagirdlər imtahanı yeni formatda verəcəklər13.02.2026 - 10:47
Leyla Əliyeva tarixi xalçanın son ilmələrini özü vurdu – FOTO13.02.2026 - 10:36
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar13.02.2026 - 10:25
Azərbaycanda universitet bu vəzifəyə işçi axtarır13.02.2026 - 10:13
Sabah hava yağmursuz keçəcək13.02.2026 - 09:50
“Böyük Zəfərin qəhrəmanları” kataloqu təqdim olunub13.02.2026 - 09:46
Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib13.02.2026 - 09:40
AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır13.02.2026 - 09:33
DİM-də GRE General Test imtahanı keçirilib13.02.2026 - 09:19
Bu, eşitmə qabiliyyətinin azalmasına səbəb olur13.02.2026 - 09:08
UNEC magistrləri 20 ölkənin elmi rəhbərləri ilə tədqiqatlara başlayır13.02.2026 - 08:58
Paytaxt məktəblərində “Oxu dəqiqələri” keçirilir13.02.2026 - 08:46
Naxçıvanda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə təlim keçirilib13.02.2026 - 08:35
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb13.02.2026 - 08:23
Azərbaycanda tədqiqatı başa çatan PISA nəticələri ilin sonunda açıqlanacaq13.02.2026 - 08:11
Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - Fotolar13.02.2026 - 07:48
4-cü sinif şagirdi qəfil ölüb13.02.2026 - 07:36
ABŞ-də universitetdə atışma olub: ölənlər var13.02.2026 - 07:24
Rumıniyada təhsil almaq istəyənlərin nəzərinə: təqaüd proqramı elan edilib13.02.2026 - 07:14
Azərbaycan və Çin ortaq universitet planını müzakirə edib13.02.2026 - 07:02
Susie Dent uşaqların lüğət ehtiyatını artırmaq üçün fəndlərini bölüşür13.02.2026 - 06:54
Azərbaycan və İordaniya arasında diplomatik əlaqələrin qurulmasından illər ötür13.02.2026 - 06:36
Qazax Dövlət Rəsm Qalereyasının yaradılmasından 40 il ötür13.02.2026 - 06:18
Milli Qəhrəman Xanoğlan Məmmədovun xatirəsi anılır13.02.2026 - 06:00
Yazıçı və dramaturq Əfqan Əsgərovun xatirəsi anılır13.02.2026 - 05:42
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılır13.02.2026 - 05:18
Xalq artisti Nisə Qasımovanın doğum günü qeyd olunur13.02.2026 - 05:06
Rejissor və aktyor Şahmar Qəribli vəfat edib13.02.2026 - 04:54
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:36
Xalq artisti Əliabbas Qədirovun xatirəsi anılır13.02.2026 - 04:18
Mir Həsən Vəzirov – 26 Bakı komissarından biridir13.02.2026 - 04:00
Ağdam şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramına start verilib12.02.2026 - 19:40
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir12.02.2026 - 19:28
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb12.02.2026 - 19:18
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib12.02.2026 - 19:10
Səfir: Milli Xalça Muzeyində macar sənətçinin sərgisinin açılması bizim üçün böyük şərəfdir12.02.2026 - 19:05
Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib12.02.2026 - 19:00
Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb12.02.2026 - 18:48
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma12.02.2026 - 18:35
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaqlar12.02.2026 - 18:20
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb12.02.2026 - 18:08
Depressiyanın yaranma səbəbləri müxtəlif amillərlə bağlıdır-psixoloq12.02.2026 - 18:00
Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib12.02.2026 - 17:58