Azərbaycanda ali təhsil müəssisəsi işçi axtarır.
“Tehsil365” Ölkə.Az-a istinadən xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universiteti Sosial idarəetmə fakültəsi üzrə dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edib.
Sənədlər bu gündən 1 ay müddətində saat 10:00-dan 17:00-dək Universitetin İnsan resursları şöbəsinə təqdim edilə və ya [email protected] e-mail ünvanı vasitəsilə elektron qaydada göndərilə bilər.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər: rektorun adına ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkilli), tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin surəti, profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ada haqqında sənədlərin notarial qaydada təsdiqlənmiş surətləri, elmi və elmi-metodiki işlərin siyahısı, dekanın (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Telefon: 564-42-33 (daxili-115)
Ünvan: AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, otaq 103.

