“Ötən il “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na əsasən, Monitorinq qrupu tərəfindən 15 dövrü və 2 növbədənkənar olmaqla ümumilikdə 17 uşaq müəssisəsində monitorinq aparılıb”.
“Tehsil365“Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2025-ci ildə Komitənin fəaliyyətinin yekunlarına dair tədbirdə bildirib.
O qeyd edib ki, onlardan 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən qənaətbəxş, 1 müəssisənin fəaliyyəti isə qeyri-qənaətbəxş (“Orbita” özəl uşaq bağçası) hesab edilib.
B.Muradova bildirib ki, monitorinqlərin nəticələri barədə məlumatlar Nazirlər Kabinetinə təqdim edilib.

