Təhsil 365 - Logo Mobile

Özəl tibb müəssisələri də onkoloji xidmət göstərəcək

7313.02.2026 - 15:24
Özəl tibb müəssisələri də onkoloji xidmət göstərəcək

Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edilib ki, mövcud “Onkoloji yardım haqqında” Qanunun tələblərinə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni, pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin “Onkoloji yardım haqqında” Qanuna əsasən, vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.

Qeyd edilənlərə əsasən, hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.

Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.

Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu isə vətəndaşların öz iradəsinə əsasən, istənilən tibb müəssisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən, müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququ təmin ediləcək.

Mehriban İbadova

Xəbər Lenti

Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub13.02.2026 - 17:44
Dövlət orqanlarında 17 vakant vəzifə daxili müsahibəyə çıxarılıb13.02.2026 - 17:34
UNEC tələbələri risk idarəetməsi üzrə müsabiqənin dünya finalına vəsiqə qazanıblar13.02.2026 - 17:27
Abituriyentlərin seçimləri dəyişir – Aqrar sahəyə maraq artır13.02.2026 - 17:23
Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib13.02.2026 - 17:18
Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Çində “Huawei” şirkətinin son texnoloji yenilikləri ilə tanış olub13.02.2026 - 17:14
Bu qidaları soyuducuya qoymayın13.02.2026 - 17:11
Beynəlxalq Telekommunikasiya İttifaqı intellektual optik şəbəkələrin inkişafı üzrə strategiya təqdim edib13.02.2026 - 17:03
Bəzi yerlərdə külək güclənəcək - Xəbərdarlıq13.02.2026 - 17:00
“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb13.02.2026 - 16:53
Bu meyvənin qabığı insan orqanizmi üçün faydalıdır - Endokrinoloq13.02.2026 - 16:47
Azərbaycanda yüksəksürətli internet paketlərinin qiymətləri necə təşkil olunacaq? – Açıqlama13.02.2026 - 16:41
ARB telekanalının yayımı 24 saatlıq dayandırılacaq - qərar13.02.2026 - 16:37
BDU-da Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır13.02.2026 - 16:30
Azərbaycan mətbəxi Kolumbiyada təqdim olunub13.02.2026 - 16:23
“İncəsənət müəllimlərinin qış məktəbi” başlayıb13.02.2026 - 16:17
Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb13.02.2026 - 16:09
Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib13.02.2026 - 16:00
Günəşdə güclü partlayış baş verib13.02.2026 - 15:52
Hər evdə istifadə olunur, lakin xərçəngə yol açırmış – İki ədədi kifayətdir13.02.2026 - 15:41
BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək13.02.2026 - 15:33
"Meta"dan şok yenilik: İstifadəçi öldükdən sonra da paylaşım edəcək13.02.2026 - 15:19
Dünya radionun sehrli gücünü qeyd edir13.02.2026 - 15:13
“Monitorinq nəticələri Nazirlər Kabinetinə təqdim edilib”13.02.2026 - 15:07
Kollec direktoru 17 ildən sonra işdən çıxarıldı13.02.2026 - 15:00
AMEA: Ramiz Mehdiyev Akademiyanın həqiqi üzvlüyündən xaric ediləcək13.02.2026 - 14:56
Tarix, sənət və şəhərsalma ənənəsi: Əcəmi Naxçıvani yaradıcılığına elmi baxış - FOTO13.02.2026 - 14:45
BMU-da “BoostCamp 9” layihəsi başa çatıb - FOTO13.02.2026 - 14:32
Türk Mədəniyyəti və İrsi Fondu ilə Folklor İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO13.02.2026 - 14:21
Türkiyəli alimlər Botanika İnstitutunda olublar - FOTO13.02.2026 - 14:10
“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı yekunlaşıb - FOTO13.02.2026 - 13:57
“Arzunun ardınca” sənədli filmi nümayiş olunub - FOTO13.02.2026 - 13:46
Keçmişin izləri, gələcəyin yaddaşı: “Azərbaycan arxivi 105 (sənədlər, faktlar)”13.02.2026 - 13:37
AMEA Beynəlxalq Akademiyalar Birliyinin fəxri üzvü seçilib - FOTO13.02.2026 - 13:26
Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib - FOTO13.02.2026 - 13:15
Muzeyin əməkdaşı Daşkənddə keçirilmiş beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib13.02.2026 - 13:04
Folklorşünas-alim Elxan Məmmədlinin 80 illiyi qeyd olunub - FOTO13.02.2026 - 12:53
Bahar Muradova: "17 uşaq müəssisəsindən 13-nün fəaliyyəti qənaətbəxşdir" 13.02.2026 - 12:41
RFO-da fizika fənni üzrə MÖVZULAR13.02.2026 - 12:30
Azərbaycan Universitetinin əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub13.02.2026 - 12:19
Bu universitetin tələbəsi dünyasını dəyişdi - FOTO13.02.2026 - 12:15
Səhiyyə Nazirliyi uşaqlar üçün tibbi aksiya keçirib13.02.2026 - 12:10
Səməd Vurğunun şeirini əzbər deyən erməni –Vardanyan tək deyilmiş13.02.2026 - 12:00
“Lovğalanmaq kimi çıxmasın, başım yaxşı işləyir...”13.02.2026 - 11:52
İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır13.02.2026 - 11:46
Azərbaycanda internetin sürəti ilə bağlı yenilik13.02.2026 - 11:38
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib13.02.2026 - 11:24