Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə görüşüb.
Görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib.
Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub.

