Azərbaycanda ali tibb təhsilini başa vuran şəxslərin ixtisaslaşması üçün keçirilən rezidenturaya qəbul imtahanları hər il minlərlə namizədin iştirakı ilə təşkil olunur. İmtahan iki mərhələdən ibarətdir və namizədlər əvvəlcə I mərhələdə “məqbul” nəticə əldə etməli, daha sonra isə II mərhələdə topladıqları bala əsasən ixtisas seçimi hüququ qazanmalıdırlar.
'“Tehsil365” rezidenturaya qəbul imtahanları üzrə 2022-2024-cü illərin statistik göstəriciləri təqdim edir.
2022-ci ildə rezidenturada təhsil almaq üçün 1643 namizəd ərizə verib. Onların 39.44%-ni (648 nəfər) oğlanlar, 60.56%-ni (995 nəfər) qızlar təşkil edib. 603 nəfər həmin il baza ali tibb təhsilini başa vurub.
I mərhələdə iştirak edən 1506 nəfərdən 518-i “məqbul” alıb. Qaydalar nəzərə alınmaqla 313 namizəd II mərhələdə iştirak hüququ qazanıb. Əvvəlki illərin nəticələri də əlavə olunmaqla II mərhələyə 882 nəfər ərizə verib.
II mərhələdə iştirak edən 880 nəfərdən 584-ü müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılıb. Seçimdə 548 namizəd iştirak edib və 460 nəfər rezidenturaya qəbul olunub.
2022-ci ildə rezidenturaya qəbulda yüksək rəqabət şəraitində 460 namizəd uğur qazanıb.
2023-cü ildə rezidenturaya 1650 namizəd müraciət edib. Onların 38%-i oğlan, 62%-i qız olub. 564 nəfər həmin il baza ali tibb təhsilini bitirib.
I mərhələdə namizədlərin 37.43%-i (378 nəfər) 40 və daha yüksək bal toplayaraq “məqbul” alıb və II mərhələyə vəsiqə qazanıb.
II mərhələdə iştirak edənlərin 769-u (82.69%) 50 baldan yuxarı nəticə göstərərək ixtisas seçiminə buraxılıb, 17.31%-i isə tələb olunan nəticəni toplaya bilməyib.
2023-cü ildə I mərhələdə “məqbul” alanların payı artsa da, seçim mərhələsinə buraxılanların sayı yüksək olaraq qalıb.
2024-cü ildə rezidenturaya 1657 namizəd ərizə verib. Onların 40.31%-ni oğlanlar, 59.69%-ni qızlar təşkil edib. 549 nəfər həmin il baza ali tibb təhsilini başa vurub.
I mərhələdə namizədlərin 32.47%-i (314 nəfər) “məqbul” alaraq II mərhələyə keçid hüququ əldə edib.
II mərhələdə iştirak edənlərin 666-sı (74.92%) 50 baldan yuxarı nəticə göstərərək ixtisas seçiminə buraxılıb, 25.08%-i isə seçim mərhələsinə keçə bilməyib.
2024-cü ildə I mərhələdə “məqbul” alanların nisbi göstəricisi azalsa da, II mərhələdə uğur qazananların sayı üstünlük təşkil edib.
Statistika göstərir ki, rezidenturaya müraciət edənlərin sayı sabit qalsa da, I mərhələdə “məqbul” alanların faiz göstəricisi illər üzrə dəyişkən olub və Buna baxmayaraq, II mərhələdə yüksək nəticə göstərərək ixtisas seçiminə buraxılan namizədlər ümumi iştirakçıların böyük hissəsini təşkil etməyə davam edib.

