Azərbaycan mədəniyyətinin tanınmış simalarından biri, aktrisa və diktor Tamara Gözəlovanın xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki,1940-cı il fevralın 14-də Bakı şəhərində anadan olan Tamara Gözəlova uzun illər teatr və televiziya sahəsində səmərəli fəaliyyət göstərib. O, həm səhnədə yaratdığı obrazlarla, həm də televiziya diktoru kimi peşəkar çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.
Sənət fəaliyyəti dövründə Tamara Gözəlova Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verib, milli efir məkanında səlis nitqi, yüksək mədəniyyəti və intellektual səviyyəsi ilə seçilib. Onun təqdim etdiyi verilişlər və səhnə rolları uzun illər yaddaşlarda qalıb.
Görkəmli mədəniyyət xadimi 2020-ci il mayın 8-də Bakıda vəfat edib. Tamara Gözəlovanın zəngin yaradıcılıq irsi və sənətə bağlılığı bu gün də hörmətlə xatırlanır.

