Azərbaycan mediasının tanınmış simalarından biri, jurnalist və televiziya aparıcısı Sənan Şəfizadənin fəaliyyəti ictimaiyyət tərəfindən maraqla izlənilir.
"Tehsil365" xəbər verir ki,Tam adı Sənan Nadir oğlu Şəfizadə olan media nümayəndəsi 1984-cü il fevralın 14-də Bakı şəhərində anadan olub. O, uzun illər televiziya sahəsində çalışaraq informasiya və ictimai-siyasi proqramların aparıcısı kimi tanınıb.
Sənan Şəfizadə jurnalistika ilə yanaşı, elmi fəaliyyətlə də məşğul olub və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Onun televiziya layihələri və publisistik çıxışları aktual mövzulara peşəkar yanaşması ilə seçilir.
Media sahəsindəki fəaliyyəti ilə yanaşı, ictimai müzakirələrdə fəal iştirakı və analitik çıxışları onu ölkənin tanınmış jurnalistləri sırasında göstərir.

