1998-ci ildə ölkənin radio məkanında yeni media qurumu fəaliyyətə başladı — Bürc FM radio kanalı təsis edildi.
"Tehsil365" xəbər verir ki,“Bürc FM” yayıma başladığı ilk dövrlərdən etibarən dinləyicilərə musiqi, əyləncə və informasiya proqramları təqdim edərək qısa müddətdə öz auditoriyasını formalaşdırdı. Radio kanalı xüsusilə müasir musiqi yayımı və interaktiv proqram formatı ilə seçildi.
1990-cı illərin sonlarında ölkədə özəl radio sektorunun inkişafı fonunda “Bürc FM” yeni media mühitinin formalaşmasına töhfə verən qurumlardan biri kimi çıxış etdi.
Hazırda da radio yayımçılığı sahəsində özünəməxsus yer tutan “Bürc FM” dinləyicilərə müxtəlif janrlı proqramlar təqdim etməklə fəaliyyətini davam etdirir.

