2011-ci ildə ölkənin televiziya məkanında yeni ixtisaslaşmış kanal fəaliyyətə başladı — Mədəniyyət TV təsis edildi.
"Tehsil365" xəbər verir ki,“Mədəniyyət TV”nin yaradılması Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin və ədəbiyyatının daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyırdı. Kanal efirə başladığı gündən etibarən teatr, musiqi, kino, rəssamlıq və digər sənət sahələrini əhatə edən proqramlarla çıxış edib.
Televiziya kanalı klassik və müasir incəsənət nümunələrinin təbliği, görkəmli mədəniyyət xadimlərinin irsinin təqdim olunması və yeni layihələrin işıqlandırılması istiqamətində mühüm rol oynayır.
Bu gün “Mədəniyyət TV” ölkənin ixtisaslaşmış televiziya kanallarından biri kimi fəaliyyətini davam etdirir və milli-mədəni dəyərlərin qorunmasına və tanıdılmasına töhfə verir.

