Təhsil 365 - Logo Mobile

DTX akademiyasına kimlər, necə qəbul olunur?

13014.02.2026 - 07:05
DTX akademiyasına kimlər, necə qəbul olunur?

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.

Bu müəssisələrdən biri də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasıdır.

“Tehsil365" sözügedən akademiyaya qəbul qaydalarını təqdim edir:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər.

Hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;

Orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 20 yaşınadək.

Akademiyaya daxil olmaq istəyən şəxslər ərizə ilə yaşayış yeri üzrə DTX-nin yerli orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır.

Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın “Əməliyyat işçilərinin hazırlanması” və “İnformasiya təhlükəsizliyi” fakültələrinə (“Hüquqşünaslıq”, "Dövlət təhlükəsizliyi və idarəetmə" və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qruplarına qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar.

Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada təhsil isə Azərbaycan dilində aparılır.

Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar.

Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s. fəaliyyət göstərir.

Akademiyada kursantlara ali bakalavr təhsili verən (təhsil müddəti 5 ildir) "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə qəbul "Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə orta məktəb məzunları sırasından Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin test imtahanları vasitəsilə həyata keçirilir. Kursantlar təhsil müddətində Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında əməliyyat təcrübəsi və ixtisaslaşması keçirlər.

Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar. Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.

Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və «leytenant» ilk zabit hərbi rütbəsi verilir:

Akademiyada Dövlət Təhlükəsizliyi Xidmətinə yeni qəbul olunanların hazırlığını təmin etmək məqsədilə Ali kurslar, eləcə də Xidmətin əməkdaşlarının ixtisaslarının artırılması üçün müxtəlif kurslar təşkil olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "Hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.

Akademiyada dərslər müasir tələblərə cavab verən tədris korpuslarında aparılır. Tədris prosesini yüksək səviyyədə təmin etmək üçün müasir kompüterlər, audio-video texnika, proyektorlar və stendlərlə təchiz edilmiş xüsusi təyinatlı siniflər, kriminalistik kabinetlər, sınaq otaqları və laboratoriyaları, müasir kompüter sinifləri, linqafon zalları, zəngin fonda malik xüsusi, ümumi və bədii kitabxanalar, gözəl tərtibata və audio-video qurğulara malik klublar və s. kursant və dinləyicilərin ixtiyarına verilmişdir.

Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla, müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.

Tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.

Eyni zamanda, xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq məqsədi ilə DTX-nin rəhbər heyəti və yüksək ixtisaslı mütəxəssisləri Akademiyada pedaqoji fəaliyyətə cəlb olunurlar.

Akademiyada bir çox ixtisaslar və elmi istiqamətlər üzrə elmi tədqiqatlar aparılır. Fundamental və tətbiqi araşdırmalar nəticəsində professor-müəllim heyətinin onlarla monoqrafiyası nəşr edilmiş və nüfuzlu elmi jurnallarda məqalələri dərc olunmuşdur. Ötən dövr ərzində iki yüzdən artıq monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris-metodiki vəsaitlər hazırlanaraq nəşr olunmuşdur.

Akademiyanın elmi-pedaqoji fəaliyyətinə rəhbərliyi kollegial orqan olan Elmi Şura həyata keçirir.

Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir;

Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər;

Akademiyada kursantlara ali bakalavr təhsili verən "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə qəbul "Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə həyata keçirilir;

Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya Rus dilində verilə bilər;

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "Hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.

DTX Akademiyası ilə bağlı ən çox verilən suallar:

- Akademiyaya kimlər qəbul oluna bilərlər?

- Akademiyaya peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər.

- Akademiyaya qəbul olunmaq üçün yaş hədləri varmı?

- Bəli. Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunmuşdur:

- hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;

- orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 20 yaşınadək.

-Kursantlara aylıq pul təminatı və ya təqaüd verilirmi?

-Bəli. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar. Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.

-Tədris prosesi kimlər tərəfindən həyata keçirilir?Tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, DTX-nin rəhbər heyəti və yüksək ixtisaslı mütəxəssisləri, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.

- Akademiyada kursantların tədrisdənkənar məşğuliyyəti nədən ibarətdir?

-Akademiyanın kursantları tədrisdənkənar vaxtlarda ədəbi-bədii yaradıcılıqla məşğul olur, kütləvi idman tədbirlərində və müxtəlif idman yarışlarında iştirak edirlər. Kursantlar üçün elmi və özfəaliyyət dərnəkləri, şən və hazırcavablar klubu, intellektual oyun qrupları və s. təşkil olunur.

- Akademiyanı bitirən məzunlar nə əldə edirlər?

- Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və leytenant ilk zabit hərbi rütbəsi verilir.

- Akademiya məzunları işlə təmin olunurlarmı?

- Bəli. Akademiya məzunları Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında ixtisasları üzrə işlə təmin olunurlar.

- Qəbul prosesi hansı mərhələlərdən ibarətdir?

- Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır. Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə ("Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qruplarına qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar.

Zeynəb Quluyeva

Xəbər Lenti

İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib05.04.2026 - 12:35
Norveçdə məktəblilərin oxuma bacarığının aşağı olması tənqid edilib05.04.2026 - 12:24
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib05.04.2026 - 12:10
Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb05.04.2026 - 10:00
Üzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdür 05.04.2026 - 09:43
Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları05.04.2026 - 09:30
Yazda düzgün qidalanmaq üçün dietoloqların tövsiyələri05.04.2026 - 09:15
Orhun layihəsi çərçivəsində ADU-da beynəlxalq elmi-pedaqoji əməkdaşlıq uğurla davam edir05.04.2026 - 09:00
Şagirdlər arasında rəqəmsal asılılıq artır: təhsil prosesinə təsirlər narahatlıq doğurur05.04.2026 - 08:44
Çiyin ağrısı təhlükəli xəstəliyin xəbərçisi ola bilər05.04.2026 - 08:31
Xərçənglə bağlı çağırış05.04.2026 - 08:21
Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib05.04.2026 - 08:12
Alimlər Antarktidada vahə kəşf ediblər05.04.2026 - 08:00
54 il fərqlə yer kürəsi…05.04.2026 - 07:45
Bu gün yağış yağacaq05.04.2026 - 07:33
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı keçiriləcək05.04.2026 - 07:22
50 minə yaxın şagird buraxılış imtahanı verəcək05.04.2026 - 07:13
First Academy Tresti məxfilik bəndinə görə tənqid olunub05.04.2026 - 07:00
Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin qurulmasının ildönümü qeyd olunur05.04.2026 - 06:36
Azərbaycan və Çad arasında diplomatik münasibətlərin qurulmasının ildönümü qeyd olunur05.04.2026 - 06:18
Xalq artisti Rəmişin xatirəsi anılır05.04.2026 - 06:00
Aktyor Hikmət Rəhimovun doğum günü qeyd olunur05.04.2026 - 05:18
Futbol mütəxəssisi Nazim Əliyevin doğum günü qeyd olunur05.04.2026 - 05:06
Xalq artisti Vaqif Əsədovun xatirəsi anılır05.04.2026 - 04:54
Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılır05.04.2026 - 04:54
Bəstəkar Oqtay Rəcəbovun xatirəsi ehtiramla yad edilir05.04.2026 - 04:36
Görkəmli pianoçu Çingiz Sadıqovun xatirəsi anılır05.04.2026 - 04:18
Asəf Zeynallının Doğum Gününə Həsr Olunan Tədbirlər Keçirilib05.04.2026 - 04:00
Mətbuat Şurası Kulisi 15 illiyi münasibətilə təbrik edib04.04.2026 - 19:52
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi04.04.2026 - 19:44
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK04.04.2026 - 19:35
"WhatsApp"da profil rəngləri BUNU GÖSTƏRİRMİŞ - Sizi blok edənlər, az danışdığınız və...04.04.2026 - 19:28
Məktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB04.04.2026 - 19:24
Cəmiyyətin oxuma mədəniyyəti ilə təhsil sistemi arasında necə bir əlaqə var? – Yazardan açıqlama04.04.2026 - 19:18
Müəllim-şagird münasibətlərində ən çox hansı səhvlər edilir? – Təhsil eksperti danışdı04.04.2026 - 19:12
“Əsas problem proqram deyil, onun tətbiqidir” – Təhsil eksperti açıqladı04.04.2026 - 19:05
İntensiv yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI04.04.2026 - 18:56
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaq ölüb04.04.2026 - 18:49
Bakıda və bəzi bölgələrdə külək əsəcək04.04.2026 - 18:41
Sabah dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək04.04.2026 - 18:32
Dünya Kubokunun altında nə yazılıb? - Tarixçilər açıqladılar04.04.2026 - 18:30
UNEC-in kitab təşəbbüsünə qoşulan növbəti DEPUTAT04.04.2026 - 18:24
Gənc müəllimlər uşaq müdafiəsi və təhlükəsizliyi məsələləri barədə maarifləndirilib04.04.2026 - 18:20
Lənkəranda peşə təhsilinin imkanlarına həsr olunan təhsil forumu keçirilib04.04.2026 - 18:16
Psixoloq Nuriyyə Vidadi qızı: “İnsan zərərli münasibətdə qalır, çünki hələ onu tam zərərli kimi qəbul etmir”04.04.2026 - 18:10
Qəbulun II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir04.04.2026 - 18:08
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib04.04.2026 - 18:02
Xərçəng halları niyə atır? - Səbəblər04.04.2026 - 17:55