Bakı Dövlət Universiteti (BDU) Elmi şurasının qərarı ilə ölkədə ilk dəfə yeni nəsil materialların tədqiqi üzrə ixtisaslaşmış Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayır.
Bu barədə “Tehsil365"ə BDU-dan bildirilib. Qeyd olunub ki, kvant texnologiyaları, enerji çevrilməsi və saxlanılması üçün funksional materialların yaradılması, yeni materialların dizaynında maşın öyrənməsi (AI) və elektron quruluş nəzəriyyəsindən istifadə, qlobal elmi mərkəzlərlə birgə tədqiqatlar aparılması və gənc mütəxəssislərin hazırlığı mərkəzin əsas hədəfləridir.
Mərkəz tərkibində iki laboratoriya fəaliyyət göstərəcək.
Bu addım Azərbaycan elminin qlobal rəqabətədavamlılığını artırmaqla yanaşı, yüksək texnologiyalar üçün yerli elmi bazanın formalaşmasına xidmət edəcək.

