Təhsil 365 - Logo Mobile

Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

5414.02.2026 - 11:25
Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

Fevralın 11-də Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi NDU-nun rektoru Elbrus İsayev və Marmara Universitetinin rektoru Mehmet Emin Okur imzalayıblar.

Bu barədə "Tehsil365"ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, müqavilənin əsas məqsədi hər iki ali təhsil müəssisəsinin təhsil və elmi-tədqiqat sahələrində qarşılıqlı marağının artırılması, birgə elmi layihə və təşəbbüslərin hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsi, həmçinin müəllim, tələbə və inzibati heyət mübadiləsinin həyata keçirilməsidir.

Sənədə əsasən, Marmara Universitetinin Türkiyat Araşdırmaları İnstitutu da daxil olmaqla müxtəlif tədqiqat mərkəzləri ilə birgə konfransların təşkili və ortaq elmi araşdırmaların aparılması nəzərdə tutulur. Eyni zamanda, NDU ilə əməkdaşlıq çərçivəsində daha çox sosial elmlər sahəsində tədris və elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 1883-cü ildə əsası qoyulan Marmara Universiteti Türkiyənin ən köklü və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitet xüsusilə tibb, mühəndislik, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və pedaqoji ixtisaslar üzrə güclü akademik bazaya malikdir. Geniş elmi-tədqiqat infrastrukturu və beynəlxalq əməkdaşlıq şəbəkəsi ilə universitet regionun aparıcı ali təhsil ocaqlarından hesab olunur.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri tibb, mühəndislik və iqtisadiyyat sahələrində xarici professorların Naxçıvan Dövlət Universitetinə dəvət olunmasıdır. Bununla yanaşı, NDU-nun Tibb fakültəsinin tələbələri Marmara Universitetində staj keçmək imkanı əldə edəcəklər. Marmara Universitetinin professorları isə NDU-nun magistrant və doktorantlarına elmi rəhbərlik edəcəklər.

Yeni əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin elmi potensialının gücləndirilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və beynəlxalq akademik inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfə verəcəyi bildirilir.




Aydan Ələkbərova

Xəbər Lenti

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək14.02.2026 - 19:50
Ankarada azərbaycanlı rəssamların iştirakı ilə sərgi açılıb14.02.2026 - 19:35
Şagirdlərdə motivasiya azalmasının psixoloji səbəbləri14.02.2026 - 19:25
Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib14.02.2026 - 19:10
Rusiyada internet məhdudiyyətləri genişlənir14.02.2026 - 18:50
Bu ölkədə kənd yoxsulluğu təhsil islahatlarını aktuallaşdırıb14.02.2026 - 18:40
DTX akademiyasına kimlər, necə qəbul olunur?14.02.2026 - 18:30
Təhsildə əməkdaşlıq: Şərqi Zəngəzurda məktəblərarası pedaqoji körpü qurulur14.02.2026 - 18:20
ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetini məhkəməyə verdi14.02.2026 - 18:12
Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb14.02.2026 - 18:05
Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü14.02.2026 - 17:50
Milli İncəsənət Muzeyində konseptual düşüncə tərzinin inkişafına dair sərgi açılıb14.02.2026 - 17:30
Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır14.02.2026 - 17:15
“Nəsillərin dialoqu” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub14.02.2026 - 17:00
Ramin Nurəliyev: “Məktəbəqədər təhsil uşaqların inkişafı üçün vacibdir”14.02.2026 - 16:40
Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi14.02.2026 - 16:29
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır14.02.2026 - 16:18
Kvant sıçrayışı: həyatların xilası, yoxsa kibertəhlükəsizlik üçün təhlükə?14.02.2026 - 16:09
Azərbaycanlı kardioloqun tədqiqatı nüfuzlu beynəlxalq jurnalda dərc olunub14.02.2026 - 16:00
Aİ Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırması barədə müzakirələr aparır14.02.2026 - 15:53
Azərbaycan və Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər14.02.2026 - 15:49
Teleradio Akademiyasında təlim təşkil olundu - Fotolar14.02.2026 - 15:39
Bakıda tarixi hamamın divarı uçurulub? - Açıqlama14.02.2026 - 15:24
Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir14.02.2026 - 15:17
Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?14.02.2026 - 15:00
Sabah yağış yağa bilər 14.02.2026 - 13:31
Televiziya karyerasına son qoydu14.02.2026 - 11:11
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb14.02.2026 - 10:57
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib - FOTO14.02.2026 - 10:45
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır14.02.2026 - 10:32
BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə olimpiadada iştirak edəcək14.02.2026 - 10:21
Elm və Təhsil Nazirliyinin nümayəndələri Çində texnoloji yeniliklərlə tanış olub14.02.2026 - 10:10
“Psixoloji sağlamlıq təhsilin keyfiyyətinin ayrılmaz hissəsidir” – Psixoloq Mətanət Əliyeva14.02.2026 - 09:57
Saqqız udmaq təhlükəlidirmi?14.02.2026 - 09:43
Bu ölkədə uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət tətbiq olunacaq14.02.2026 - 09:29
"Windows" əməliyyat sistemində səhv kompüterlərin dayanmadan yenilənməsinə səbəb olub14.02.2026 - 09:21
Azərbaycan Mərakeşdə Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbirdə təmsil olunub14.02.2026 - 09:10
Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində "Azərbaycan irsi" adlı sərgi keçirilib14.02.2026 - 08:58
Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu14.02.2026 - 08:45
Tanınmış aparıcı karyerasını bitirdi14.02.2026 - 08:33
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir14.02.2026 - 08:21
Bakı məktəbinə direktor təyin olundu14.02.2026 - 08:10
Süni intellekt mütəxəssisləri vəzifələrini tərk edirlər14.02.2026 - 07:58
Qripin uşaqlarda yaratdığı fəsadlar - Nəyə diqqət edək?14.02.2026 - 07:47
Bu gün 18 dərəcə isti olacaq14.02.2026 - 07:36
Türkiyədə silahlı şəxs müəllimə hücum etdi14.02.2026 - 07:25
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür14.02.2026 - 07:17