Təhsil 365 - Logo Mobile

Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?

5614.02.2026 - 15:00
Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?

Son vaxtlar quru meyvələr süfrələrdə getdikcə daha çox yer almağa başlayıb. Sağlam qidalanmaya marağın artması, şəkərsiz və uzunömürlü məhsullara üstünlük verilməsi də quru meyvələrə tələbatı xeyli yüksəldib. Paralel olaraq, son vaxtlar ev şəraitində meyvə qurutmağa imkan verən aparatların reklamı da artıb və istehlakçılar üçün “özün hazırla” modeli maraqlı alternativə çevrilib. Bəs bu bazarda real vəziyyət necədir? Quru meyvələrin qiymətləri hansı istiqamətdə dəyişir və hansı məhsullara üstünlük verilir? Evdə meyvə qurudarkən hansı məqamlar nəzərə alınmalıdır?

“Tehsil365“Publika.az-a istinadən xəbər verir ki ,Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin araşdırmasında qeyd edilir ki, bu sahədə geniş yayılan məhsullar sırasında alma, xurma, üzüm, ərik, albuxara, əncir, gavalı, şaftalı və tut quruları xüsusi yer tutur. Araşdırmaya görə, hazırda quru meyvə bazarında təxminən 15-ə yaxın müəssisə fəaliyyət göstərir. Quru meyvələrin əsas istehlakçıları restoran və otel şəbəkələri, qida istehsalçıları, sağlam qidalanmaya üstünlük verən insanlar, orta və yüksək gəlirli əhali qrupları, həmçinin ixtisaslaşmış mağazalardır.

Həm idxal, həm ixrac edirik

2025-ci ilin yanvar-may aylarında Azərbaycan 1,273 milyon dollar dəyərində quru meyvə idxal edib. Rəsmi göstəricilərə görə, bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz artım deməkdir.

Özümüz də digər ölkələri quru meyvə ilə təmin edirik. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici bazarlara 759 ton qurudulmuş meyvə ixrac edib. Bu məhsulların satışından ölkəyə ümumilikdə 2,67 milyon dollar gəlir daxil olub. Statistik məlumatlara əsasən, hesabat dövründə Azərbaycanın əsas ixrac bazarı Rusiya olub. Avropa ölkələri arasında Almaniya əsas ixrac istiqamətlərindəndir.

Qiymətlər necə dəyişir?

Mağazalarda quru meyvələrin qiymətləri də geniş diapazonda dəyişir. Ən münasib qiymətlər əsasən adi xurma və kişmiş məhsullarında müşahidə olunur. Belə ki, adi xurma növlərinin 1 kiloqramı 6,5–8,5 manat arasında təklif edilir. Qara kişmişin qiyməti isə 9,8 manatdan başlayaraq 12,5 manata qədər artır. Sarı kişmişlərdə qiymətlər nisbətən bahadır və 16,5–17,5 manat təşkil edir. Orta qiymət seqmentində əsasən quru ərik, manqo və gavalı yer alır. Quru ərik məhsullarının kiloqramı 15,5-23,9 manat arasında dəyişir. Quru manqo dilimlərinin qiyməti 19,9 manat olduğu halda, daha iri və keyfiyyətli manqo məhsullarında bu rəqəm 28,9–29,9 manata qədər artır. Quru gavalı məhsulları isə keyfiyyətindən asılı olaraq 16,5 manatdan 27,9 manata qədər satılır. Premium seqmentdə isə qiymətlər xeyli yüksəkdir. Böyük ölçülü və seçilmiş xurma növlərinin kiloqramı 29,9-36,5 manat arasında dəyişir. Quru çiyələk məhsulunun 1 kiloqramının qiyməti 31,9 manat, yüksək keyfiyyətli qara gavalıda isə 44 manata qədər yüksəlir.

“Quru meyvələr təbii enerji mənbəyidir”

Qida mühəndisi Fərid Səfərovun sözlərinə görə, son illər quru meyvələrə tələbatın artması təsadüfi deyil. Sağlam qidalanmaya marağın yüksəlməsi, uzun müddət saxlanıla bilməsi və “şəkərsiz şirniyyat” alternativi kimi qəbul edilməsi quru meyvələri istehlakçılar üçün daha cəlbedici edib: “Qida dəyərinin yüksək olması və istifadəsinin rahatlığı da bazarda bu məhsullara marağın artmasına səbəb olan amillərdəndir. Bazarda ən çox tələbat olan quru meyvələr arasında quru ərik, gavalı, kişmiş, alma və xurma xüsusi yer tutur. Bu məhsullar həm dad xüsusiyyətlərinə, həm də mətbəxdə istifadəsinin genişliyinə görə daha çox seçilir”.

Hansı daha təhlükəsizdir?

F.Səfərovun fikrincə, quru meyvə bazarında həm sənaye üsulu ilə istehsal olunan, həm də fərdi və kiçik təsərrüfat məhsulları mövcuddur: “Yerli istehsalda əsas pay alma, armud, ərik, şaftalı, gavalı və xurmaya məxsusdur. Xüsusilə bölgələrdə mövsüm zamanı bol meyvənin dəyərləndirilməsi üçün qurudulma ən çox istifadə edilən üsullardan hesab olunur. Sənaye istehsalında qurudulma prosesi xüsusi texnologiyalar vasitəsilə həyata keçirilir. Temperatur, hava dövranı və gigiyena şərtlərinə ciddi nəzarət edilir. Bu məhsullar adətən qablaşdırılır və üzərində istehsal tarixi, saxlanma müddəti kimi məlumatlar göstərilir. Fərdi istehsal məhsulları isə çox vaxt bazarlarda açıq şəkildə, etiketlənmədən satılır. Bu isə istehlakçı üçün keyfiyyət və təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər”.

“Əksər meyvələri ev şəraitində qurutmaq mümkündür”

F.Səfərov vurğuladı ki, son illərdə ev üçün meyvə qurutma aparatlarına maraq xeyli artıb: “Ev şəraitində meyvə qurudulması həm məhsulun keyfiyyətinə nəzarət etməyə, həm də mövsümündə ucuz alınan meyvələri uzun müddət saxlamağa imkan yaradır. Meyvə qurudularkən bir neçə vacib qaydaya əməl etmək lazımdır. Meyvələr sağlam və yaxşı yuyulmuş olmalıdır. Dilimlər eyni qalınlıqda kəsilməlidir ki, bərabər qurusun. Qurudulma temperaturu adətən 50–60°C aralığında saxlanılmalıdır. Bundan əlavə, proses zamanı hava dövranının təmin edilməsi kif və bakteriya riskini azaldır”.

Qida mühəndisinin sözlərinə görə, əksər meyvələri ev şəraitində qurutmaq mümkündür. Lakin su miqdarı yüksək olan meyvələrdə qurudulma prosesi daha çətindir və kiflənmə riski artır: “Alma, armud, ərik, gavalı, banan və xurma ev qurudulması üçün daha uyğun hesab edilir. Qurudulma prosesində C vitamini kimi istiliyə həssas vitaminlərdə müəyyən itkilər baş verə bilər. Buna baxmayaraq, lif, kalium, dəmir və digər mineral maddələr əsasən qorunur. Düzgün temperatur rejimində qurudulma qida dəyərinin maksimum saxlanmasına kömək edir”.

Ekspertin fikrincə, quru meyvələrin keyfiyyətini qorumaq üçün onların düzgün saxlanması vacibdir: “Məhsullar sərin, quru və qaranlıq yerdə, hava keçirməyən qabda saxlanmalıdır. Rütubətli mühit, temperatur dəyişiklikləri və açıq hava ilə təmas kiflənmə və mikrobioloji risklər yarada bilər”.

Mehriban İbadova

Xəbər Lenti

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək14.02.2026 - 19:50
Ankarada azərbaycanlı rəssamların iştirakı ilə sərgi açılıb14.02.2026 - 19:35
Şagirdlərdə motivasiya azalmasının psixoloji səbəbləri14.02.2026 - 19:25
Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib14.02.2026 - 19:10
Rusiyada internet məhdudiyyətləri genişlənir14.02.2026 - 18:50
Bu ölkədə kənd yoxsulluğu təhsil islahatlarını aktuallaşdırıb14.02.2026 - 18:40
DTX akademiyasına kimlər, necə qəbul olunur?14.02.2026 - 18:30
Təhsildə əməkdaşlıq: Şərqi Zəngəzurda məktəblərarası pedaqoji körpü qurulur14.02.2026 - 18:20
ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetini məhkəməyə verdi14.02.2026 - 18:12
Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb14.02.2026 - 18:05
Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü14.02.2026 - 17:50
Milli İncəsənət Muzeyində konseptual düşüncə tərzinin inkişafına dair sərgi açılıb14.02.2026 - 17:30
Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır14.02.2026 - 17:15
“Nəsillərin dialoqu” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub14.02.2026 - 17:00
Ramin Nurəliyev: “Məktəbəqədər təhsil uşaqların inkişafı üçün vacibdir”14.02.2026 - 16:40
Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi14.02.2026 - 16:29
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır14.02.2026 - 16:18
Kvant sıçrayışı: həyatların xilası, yoxsa kibertəhlükəsizlik üçün təhlükə?14.02.2026 - 16:09
Azərbaycanlı kardioloqun tədqiqatı nüfuzlu beynəlxalq jurnalda dərc olunub14.02.2026 - 16:00
Aİ Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırması barədə müzakirələr aparır14.02.2026 - 15:53
Azərbaycan və Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər14.02.2026 - 15:49
Teleradio Akademiyasında təlim təşkil olundu - Fotolar14.02.2026 - 15:39
Bakıda tarixi hamamın divarı uçurulub? - Açıqlama14.02.2026 - 15:24
Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir14.02.2026 - 15:17
Sabah yağış yağa bilər 14.02.2026 - 13:31
Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO14.02.2026 - 11:25
Televiziya karyerasına son qoydu14.02.2026 - 11:11
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb14.02.2026 - 10:57
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib - FOTO14.02.2026 - 10:45
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır14.02.2026 - 10:32
BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə olimpiadada iştirak edəcək14.02.2026 - 10:21
Elm və Təhsil Nazirliyinin nümayəndələri Çində texnoloji yeniliklərlə tanış olub14.02.2026 - 10:10
“Psixoloji sağlamlıq təhsilin keyfiyyətinin ayrılmaz hissəsidir” – Psixoloq Mətanət Əliyeva14.02.2026 - 09:57
Saqqız udmaq təhlükəlidirmi?14.02.2026 - 09:43
Bu ölkədə uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət tətbiq olunacaq14.02.2026 - 09:29
"Windows" əməliyyat sistemində səhv kompüterlərin dayanmadan yenilənməsinə səbəb olub14.02.2026 - 09:21
Azərbaycan Mərakeşdə Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbirdə təmsil olunub14.02.2026 - 09:10
Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində "Azərbaycan irsi" adlı sərgi keçirilib14.02.2026 - 08:58
Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu14.02.2026 - 08:45
Tanınmış aparıcı karyerasını bitirdi14.02.2026 - 08:33
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir14.02.2026 - 08:21
Bakı məktəbinə direktor təyin olundu14.02.2026 - 08:10
Süni intellekt mütəxəssisləri vəzifələrini tərk edirlər14.02.2026 - 07:58
Qripin uşaqlarda yaratdığı fəsadlar - Nəyə diqqət edək?14.02.2026 - 07:47
Bu gün 18 dərəcə isti olacaq14.02.2026 - 07:36
Türkiyədə silahlı şəxs müəllimə hücum etdi14.02.2026 - 07:25
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür14.02.2026 - 07:17