Təhsil 365 - Logo Mobile

Teleradio Akademiyasında təlim təşkil olundu - Fotolar

7514.02.2026 - 15:39
Teleradio Akademiyasında təlim təşkil olundu - Fotolar

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

“Tehsil365“ Qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə təlim “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusuna həsr olunub. Təlim çərçivəsində Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “necə yazılırsa, elə də oxunmalıdır” fikrinin doğru yanaşma olmadığını bildirib. Onun sözlərinə görə, yazılı və şifahi nitq arasında fərq var və efir dili xüsusi qaydalarla tənzimlənməlidir.

Qulu Məhərrəmli onu da vurğulayıb ki, televiziya dili şifahi nitqin publisistik qoludur və bu dil normaya salınmalıdır. Xəbərlər redaktə olunmalı, artıq hissələr çıxarılmalı və mətn müəyyən qaydalara uyğunlaşdırılmalıdır.

Təlim zamanı televiziya nitqinin aydın və yığcam olması, mövzuya fokuslanmağın vacib olduğu bildirilib. Qulu Məhərrəmli onu da qeyd edib ki, nitqdə təbiilik qorunmalı, dilə yatmayan sözlərdən istifadə edilməməlidir.

Təlimdə MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan dilinin ən çox ədəbiyyat və jurnalistika sahəsində ədəbi dilin yazılı formasında istifadə edildiyini bildirib. Onun sözlərinə görə, dilin yaşaması və mövcudluğunu qoruması üçün bu iki sahə vacibdir. Natiq Məmmədli onu da vurğulayıb ki, Azərbaycan publisistikasının zəngin ənənələri var və jurnalistika bu ənənələrin ifadə olunması üçün əsas vasitələrdən biridir. Məruzəçi xatırladıb ki, Mirzə Fətəli Axundzadədən Həsən bəy Zərdabiyə qədər, həmçinin Cümhuriyyət dövrü ziyalıları məqalələr yazaraq dilin mövcudluğunu qoruyublar.

Natiq Məmmədli ədəbi dilin formaları haqqında da danışıb. O qeyd edib ki, dilin şifahi forması mühazirələrdə, məruzələrdə, radio və televiziya dilində, həmçinin bədii-publisistik nitqdə istifadə edilməlidir. Yazılı formada isə mürəkkəb sintaksis və fikrin bütün incəliklərinin ifadəsi vacibdir. Daha sonra o, bədii publisistikanın janrları barədə məlumat verib. Natiq Məmmədli qeyd edib ki, bu janrlara oçerk, felyeton, esse, epistolyar mətn daxildir, hər biri özünəməxsus üslub xüsusiyyətlərinə malikdir və jurnalistlər bu janrları bilməli, onları düzgün tətbiq etməyi öyrənməlidirlər.

Təlimdə Əməkdar mədəniyyət işçisi, nitq mədəniyyəti üzrə mütəxəssis Aygül Qaradağlı isə “Nitqdə olan qüsurların aradan qaldırılması: praktik iş” mövzusunda çıxış edib. O bildirib ki, hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməli və onu qorumalıdır. Ana dili xalqın varlığını yaşadan əsas amillərdəndir və milli mənsubiyyətin qorunması hər bir vətəndaşın ali vəzifəsidir.

Çıxışı zamanı dilimizin tarixi inkişaf mərhələlərinə toxunan mütəxəssis aparıcılar və media nümayəndələri üçün nitq mədəniyyətinin vacibliyini ön plana çəkərək nitq mədəniyyətimizin açar sözü olmasını bildirib.

Bu fikri əsaslandırmaq üçün Məhəmməd Füzulinin “Söz” rədifli qəzəlindən misralar səsləndirilib. O da qeyd olunub ki, insan danışarkən məhz sözünə görə dəyərləndirilir və söz büllur kimi saf, aydın və təsirli olmalıdır.

Təlim boyunca nitq mədəniyyətinin əsas prinsipləri-texnika, məntiqi vurğu, intonasiya, jest və mimikaların düzgün istifadəsi haqqında ətraflı məlumat verilib. Aygül Qaradağlı onu da bildirib ki, natiqlik prosesində intonasiya əsas şərtlərdən biridir. Kobud və monoton danışıq dinləyicini yorur, mimika və jestlərin isə mövzuya uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Nitq pauzalarının yerində istifadəsi çıxışa ahəng və gözəllik qatır.

Aygül Qaradağlı əlavə edib ki, düzgün və təsirli danışıq üçün nəfəsalmanın düzgün idarə olunması vacibdir. Təlimdə praktik olaraq nəfəsalma texnikaları nümayiş etdirilib. Ağız aparatının, xüsusilə, alt çənənin aktiv və sərbəst işləməsinin əhəmiyyəti qeyd olunub. Bunun üçün xüsusi məşqlər tövsiyə edilib.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

Mehriban İbadova

Xəbər Lenti

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək14.02.2026 - 19:50
Ankarada azərbaycanlı rəssamların iştirakı ilə sərgi açılıb14.02.2026 - 19:35
Şagirdlərdə motivasiya azalmasının psixoloji səbəbləri14.02.2026 - 19:25
Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib14.02.2026 - 19:10
Rusiyada internet məhdudiyyətləri genişlənir14.02.2026 - 18:50
Bu ölkədə kənd yoxsulluğu təhsil islahatlarını aktuallaşdırıb14.02.2026 - 18:40
DTX akademiyasına kimlər, necə qəbul olunur?14.02.2026 - 18:30
Təhsildə əməkdaşlıq: Şərqi Zəngəzurda məktəblərarası pedaqoji körpü qurulur14.02.2026 - 18:20
ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetini məhkəməyə verdi14.02.2026 - 18:12
Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb14.02.2026 - 18:05
Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü14.02.2026 - 17:50
Milli İncəsənət Muzeyində konseptual düşüncə tərzinin inkişafına dair sərgi açılıb14.02.2026 - 17:30
Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır14.02.2026 - 17:15
“Nəsillərin dialoqu” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub14.02.2026 - 17:00
Ramin Nurəliyev: “Məktəbəqədər təhsil uşaqların inkişafı üçün vacibdir”14.02.2026 - 16:40
Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi14.02.2026 - 16:29
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır14.02.2026 - 16:18
Kvant sıçrayışı: həyatların xilası, yoxsa kibertəhlükəsizlik üçün təhlükə?14.02.2026 - 16:09
Azərbaycanlı kardioloqun tədqiqatı nüfuzlu beynəlxalq jurnalda dərc olunub14.02.2026 - 16:00
Aİ Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırması barədə müzakirələr aparır14.02.2026 - 15:53
Azərbaycan və Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər14.02.2026 - 15:49
Bakıda tarixi hamamın divarı uçurulub? - Açıqlama14.02.2026 - 15:24
Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir14.02.2026 - 15:17
Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?14.02.2026 - 15:00
Sabah yağış yağa bilər 14.02.2026 - 13:31
Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO14.02.2026 - 11:25
Televiziya karyerasına son qoydu14.02.2026 - 11:11
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb14.02.2026 - 10:57
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib - FOTO14.02.2026 - 10:45
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır14.02.2026 - 10:32
BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə olimpiadada iştirak edəcək14.02.2026 - 10:21
Elm və Təhsil Nazirliyinin nümayəndələri Çində texnoloji yeniliklərlə tanış olub14.02.2026 - 10:10
“Psixoloji sağlamlıq təhsilin keyfiyyətinin ayrılmaz hissəsidir” – Psixoloq Mətanət Əliyeva14.02.2026 - 09:57
Saqqız udmaq təhlükəlidirmi?14.02.2026 - 09:43
Bu ölkədə uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət tətbiq olunacaq14.02.2026 - 09:29
"Windows" əməliyyat sistemində səhv kompüterlərin dayanmadan yenilənməsinə səbəb olub14.02.2026 - 09:21
Azərbaycan Mərakeşdə Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbirdə təmsil olunub14.02.2026 - 09:10
Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində "Azərbaycan irsi" adlı sərgi keçirilib14.02.2026 - 08:58
Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu14.02.2026 - 08:45
Tanınmış aparıcı karyerasını bitirdi14.02.2026 - 08:33
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir14.02.2026 - 08:21
Bakı məktəbinə direktor təyin olundu14.02.2026 - 08:10
Süni intellekt mütəxəssisləri vəzifələrini tərk edirlər14.02.2026 - 07:58
Qripin uşaqlarda yaratdığı fəsadlar - Nəyə diqqət edək?14.02.2026 - 07:47
Bu gün 18 dərəcə isti olacaq14.02.2026 - 07:36
Türkiyədə silahlı şəxs müəllimə hücum etdi14.02.2026 - 07:25
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür14.02.2026 - 07:17