Təhsil 365 - Logo Mobile

Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır

7414.02.2026 - 16:18
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır

"Prezident İlham Əliyevin “Azərbaycan yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizin rəqəmsal transformasiya prosesinə sistemli və uzaqgörən yanaşmasının bariz nümunəsidir".

“Tehsil365“ AzEdu.az - istinadən xəbər veriri ki,bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov qeyd edib.Deputat bildirib ki, dövlət başçısının xüsusilə kadr hazırlığının gücləndirilməsini əsas vəzifələrdən biri kimi qeyd etməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində gələcəkdə kadrlara böyük ehtiyac olacağını vurğulaması Azərbaycanın strateji inkişaf kursunun nə qədər düzgün və zamanın çağırışlarına uyğun qurulduğunu bir daha göstərir:

"Bu gün dünyada rəqəmsal infrastrukturun, süni intellektin, böyük verilənlər texnologiyalarının və kibermühitin sürətlə inkişaf etdiyi bir şəraitdə informasiya təhlükəsizliyi artıq təkcə texniki məsələ deyil, milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsinə çevrilib. Məhz bu reallığı nəzərə alaraq Prezident İlham Əliyevin kadr potensialının artırılmasını prioritet kimi müəyyən etməsi, Azərbaycan dövlətinin gələcəyi düşünən və uzunmüddətli hədəflərə əsaslanan siyasət apardığını təsdiqləyir.

Prezidentin fikirlərindən aydın olur ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsi təkcə bir ixtisas kimi deyil, bir sıra ali təhsil istiqamətlərinin tərkibində inteqrasiya olunmalı strateji bilik sahəsi kimi formalaşdırılmalıdır. Bu baxımdan informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, proqram mühəndisliyi, telekommunikasiya və şəbəkə texnologiyaları, elektronika və avtomatika kimi texniki sahələrlə yanaşı, dövlət və ictimai idarəetmə, hüquq, beynəlxalq münasibətlər kimi istiqamətlərdə də rəqəmsal təhlükəsizlik, kiber hüquq, strateji kommunikasiya və informasiya mühiti ilə bağlı müasir tədris modullarının tətbiqi xüsusi əhəmiyyət daşıyır".

Dövlət xətti ilə xaricə göndərilən tələbələrin də məhz bu sahələr üzrə ixtisaslaşması Azərbaycanın gələcəkdə rəqəmsal dayanıqlığını təmin edən əsas amillərdən birinə çevrilə bilər

"Eyni zamanda Prezident İlham Əliyevin orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına dəyişikliklərin edilməsinin vacibliyini vurğulaması, kadr hazırlığının yalnız ali təhsillə məhdudlaşmayan, daha erkən mərhələdən başlanmalı olan strateji proses kimi dəyərləndirildiyini göstərir. Bu istiqamətdə informatika fənninin məzmununun yenilənməsi, rəqəmsal savadlılıq və kibertəhlükəsizlik əsasları kimi mövzuların tədrisə daxil edilməsi, şagirdlərə şəxsi məlumatların qorunması, təhlükəsiz internet istifadəsi, kibermühitdə risklərin tanınması və alqoritmik düşüncə bacarıqlarının aşılanması gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə ciddi töhfə verə bilər.

Beləliklə, Prezident İlham Əliyevin bu sahədə səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan rəqəmsal inkişafı sadəcə texnoloji yenilənmə kimi deyil, milli inkişaf strategiyasının əsas sütunu kimi qəbul edir. Dövlət başçısının kadr hazırlığına, təhsil sisteminin yenilənməsinə və kibertəhlükəsizlik sahəsinin gücləndirilməsinə dair çağırışları Azərbaycanın rəqəmsal gələcəyinin möhkəm təməl üzərində qurulmasına xidmət edir və ölkəmizin müasir dövrün çağırışlarına tam cavab verən, strateji düşünülmüş inkişaf kursuna malik olduğunu bir daha nümayiş etdi.

Mehriban İbadova

Xəbər Lenti

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək14.02.2026 - 19:50
Ankarada azərbaycanlı rəssamların iştirakı ilə sərgi açılıb14.02.2026 - 19:35
Şagirdlərdə motivasiya azalmasının psixoloji səbəbləri14.02.2026 - 19:25
Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib14.02.2026 - 19:10
Rusiyada internet məhdudiyyətləri genişlənir14.02.2026 - 18:50
Bu ölkədə kənd yoxsulluğu təhsil islahatlarını aktuallaşdırıb14.02.2026 - 18:40
DTX akademiyasına kimlər, necə qəbul olunur?14.02.2026 - 18:30
Təhsildə əməkdaşlıq: Şərqi Zəngəzurda məktəblərarası pedaqoji körpü qurulur14.02.2026 - 18:20
ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetini məhkəməyə verdi14.02.2026 - 18:12
Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb14.02.2026 - 18:05
Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü14.02.2026 - 17:50
Milli İncəsənət Muzeyində konseptual düşüncə tərzinin inkişafına dair sərgi açılıb14.02.2026 - 17:30
Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır14.02.2026 - 17:15
“Nəsillərin dialoqu” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub14.02.2026 - 17:00
Ramin Nurəliyev: “Məktəbəqədər təhsil uşaqların inkişafı üçün vacibdir”14.02.2026 - 16:40
Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi14.02.2026 - 16:29
Kvant sıçrayışı: həyatların xilası, yoxsa kibertəhlükəsizlik üçün təhlükə?14.02.2026 - 16:09
Azərbaycanlı kardioloqun tədqiqatı nüfuzlu beynəlxalq jurnalda dərc olunub14.02.2026 - 16:00
Aİ Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırması barədə müzakirələr aparır14.02.2026 - 15:53
Azərbaycan və Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər14.02.2026 - 15:49
Teleradio Akademiyasında təlim təşkil olundu - Fotolar14.02.2026 - 15:39
Bakıda tarixi hamamın divarı uçurulub? - Açıqlama14.02.2026 - 15:24
Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir14.02.2026 - 15:17
Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?14.02.2026 - 15:00
Sabah yağış yağa bilər 14.02.2026 - 13:31
Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO14.02.2026 - 11:25
Televiziya karyerasına son qoydu14.02.2026 - 11:11
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb14.02.2026 - 10:57
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib - FOTO14.02.2026 - 10:45
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır14.02.2026 - 10:32
BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə olimpiadada iştirak edəcək14.02.2026 - 10:21
Elm və Təhsil Nazirliyinin nümayəndələri Çində texnoloji yeniliklərlə tanış olub14.02.2026 - 10:10
“Psixoloji sağlamlıq təhsilin keyfiyyətinin ayrılmaz hissəsidir” – Psixoloq Mətanət Əliyeva14.02.2026 - 09:57
Saqqız udmaq təhlükəlidirmi?14.02.2026 - 09:43
Bu ölkədə uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət tətbiq olunacaq14.02.2026 - 09:29
"Windows" əməliyyat sistemində səhv kompüterlərin dayanmadan yenilənməsinə səbəb olub14.02.2026 - 09:21
Azərbaycan Mərakeşdə Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbirdə təmsil olunub14.02.2026 - 09:10
Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində "Azərbaycan irsi" adlı sərgi keçirilib14.02.2026 - 08:58
Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu14.02.2026 - 08:45
Tanınmış aparıcı karyerasını bitirdi14.02.2026 - 08:33
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir14.02.2026 - 08:21
Bakı məktəbinə direktor təyin olundu14.02.2026 - 08:10
Süni intellekt mütəxəssisləri vəzifələrini tərk edirlər14.02.2026 - 07:58
Qripin uşaqlarda yaratdığı fəsadlar - Nəyə diqqət edək?14.02.2026 - 07:47
Bu gün 18 dərəcə isti olacaq14.02.2026 - 07:36
Türkiyədə silahlı şəxs müəllimə hücum etdi14.02.2026 - 07:25
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür14.02.2026 - 07:17