Təhsil 365 - Logo Mobile

Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

5314.02.2026 - 19:10
Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində unudulmaz xanəndə "Şöhrət", "Şərəf" və "İstiqlal" ordeni laureatı, xanəndə, Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.

“Tehsil365” xəbər verir ki, xatirə gecəsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət Səfiri Sahib Paşazadə çıxış edərək bildirib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnıları muğam ifaçıları bu gün də sevərək ifa edirlər. Direktor xanəndənin gənc nəsil muğam ifaçıları üçün hər zaman bir örnək, nümunə olduğunu qeyd edərək sənətkarın Muğam Televiziya Müsabiqəsində münsif kimi hər zaman gənclərə sevərək, böyük sənət eşqi ilə sənətin sirrlərini öyrətdiyini, məsləhətlərini əsirgəmədiyini xatırladı.

Yazıçı- dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə xanəndənin həyat və yaradıcılığından söz açılıb. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov çıxışında bildirib ki,

Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı tələbələri müxtəlif festivalların, müsabiqələrin qalibi olublar.

Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, xanəndələr Nisbət Sədrayeva, Hüseyn Məlikov, Malik Həsənov, Murad Laçın və klarnet ifaçısı Şəmsi Məmmədov çıxış edərək sənətkarın repertuarından muğam , təsnif və unudulmaz mahnıları ifa ediblər. İfaçıları BMM-nin solistlərindən ibarət instrumental heyət tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev,qanunda Məryəm İslamova, balabanda Rəfael Əsgərov, nağarada Siyavuş Kərimov, bəm nağarada Səyyar Teymurov müşayiət edib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək14.02.2026 - 19:50
Ankarada azərbaycanlı rəssamların iştirakı ilə sərgi açılıb14.02.2026 - 19:35
Şagirdlərdə motivasiya azalmasının psixoloji səbəbləri14.02.2026 - 19:25
Rusiyada internet məhdudiyyətləri genişlənir14.02.2026 - 18:50
Bu ölkədə kənd yoxsulluğu təhsil islahatlarını aktuallaşdırıb14.02.2026 - 18:40
DTX akademiyasına kimlər, necə qəbul olunur?14.02.2026 - 18:30
Təhsildə əməkdaşlıq: Şərqi Zəngəzurda məktəblərarası pedaqoji körpü qurulur14.02.2026 - 18:20
ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetini məhkəməyə verdi14.02.2026 - 18:12
Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb14.02.2026 - 18:05
Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü14.02.2026 - 17:50
Milli İncəsənət Muzeyində konseptual düşüncə tərzinin inkişafına dair sərgi açılıb14.02.2026 - 17:30
Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır14.02.2026 - 17:15
“Nəsillərin dialoqu” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub14.02.2026 - 17:00
Ramin Nurəliyev: “Məktəbəqədər təhsil uşaqların inkişafı üçün vacibdir”14.02.2026 - 16:40
Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi14.02.2026 - 16:29
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır14.02.2026 - 16:18
Kvant sıçrayışı: həyatların xilası, yoxsa kibertəhlükəsizlik üçün təhlükə?14.02.2026 - 16:09
Azərbaycanlı kardioloqun tədqiqatı nüfuzlu beynəlxalq jurnalda dərc olunub14.02.2026 - 16:00
Aİ Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırması barədə müzakirələr aparır14.02.2026 - 15:53
Azərbaycan və Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər14.02.2026 - 15:49
Teleradio Akademiyasında təlim təşkil olundu - Fotolar14.02.2026 - 15:39
Bakıda tarixi hamamın divarı uçurulub? - Açıqlama14.02.2026 - 15:24
Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir14.02.2026 - 15:17
Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?14.02.2026 - 15:00
Sabah yağış yağa bilər 14.02.2026 - 13:31
Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO14.02.2026 - 11:25
Televiziya karyerasına son qoydu14.02.2026 - 11:11
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb14.02.2026 - 10:57
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib - FOTO14.02.2026 - 10:45
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır14.02.2026 - 10:32
BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə olimpiadada iştirak edəcək14.02.2026 - 10:21
Elm və Təhsil Nazirliyinin nümayəndələri Çində texnoloji yeniliklərlə tanış olub14.02.2026 - 10:10
“Psixoloji sağlamlıq təhsilin keyfiyyətinin ayrılmaz hissəsidir” – Psixoloq Mətanət Əliyeva14.02.2026 - 09:57
Saqqız udmaq təhlükəlidirmi?14.02.2026 - 09:43
Bu ölkədə uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət tətbiq olunacaq14.02.2026 - 09:29
"Windows" əməliyyat sistemində səhv kompüterlərin dayanmadan yenilənməsinə səbəb olub14.02.2026 - 09:21
Azərbaycan Mərakeşdə Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbirdə təmsil olunub14.02.2026 - 09:10
Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində "Azərbaycan irsi" adlı sərgi keçirilib14.02.2026 - 08:58
Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu14.02.2026 - 08:45
Tanınmış aparıcı karyerasını bitirdi14.02.2026 - 08:33
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir14.02.2026 - 08:21
Bakı məktəbinə direktor təyin olundu14.02.2026 - 08:10
Süni intellekt mütəxəssisləri vəzifələrini tərk edirlər14.02.2026 - 07:58
Qripin uşaqlarda yaratdığı fəsadlar - Nəyə diqqət edək?14.02.2026 - 07:47
Bu gün 18 dərəcə isti olacaq14.02.2026 - 07:36
Türkiyədə silahlı şəxs müəllimə hücum etdi14.02.2026 - 07:25
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür14.02.2026 - 07:17