Azərbaycanın tanınmış alimi Arif Paşayev ölkənin elmi və təhsil sahəsində mühüm xidmətləri ilə seçilən şəxsiyyətlərdəndir.
"Tehsil365" xəbər verir ki, O, 1934-cü il fevralın 15-də Bakıda anadan olub.
Arif Paşayev fizika-riyaziyyat elmləri doktorudur və elmi fəaliyyəti əsasən texniki fizika və aviasiya sahələri ilə bağlı olub. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib. Elmin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
1996-cı ildən etibarən Milli Aviasiya Akademiyasının rektoru vəzifəsində fəaliyyət göstərən alim ölkədə aviasiya təhsilinin formalaşması və inkişafında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə akademiyada elmi-tədqiqat işləri genişləndirilib və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilib.
Arif Paşayev Azərbaycan elmi ictimaiyyətində nüfuzlu alim və təcrübəli təhsil təşkilatçısı kimi tanınır.

