Azərbaycanın tanınmış ədəbiyyatşünası, tənqidçi və filoloqu Gülrux Sabir qızı Əlibəyli 1928-ci il yanvarın 12-də Bakıda anadan olub.
"Tehsil365" xəbər verir ki, Uzun illər ədəbiyyat elmi sahəsində fəaliyyət göstərən alim Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib.
Gülrux Əlibəyli 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1974-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsini almış, 1978-ci ildə professor elmi adına layiq görülmüşdür. Onun elmi əsərləri Azərbaycan ədəbiyyatının təhlili və tənqidi sahəsində geniş istifadə olunur.
15 fevral 2016-cı ildə vəfat edən Gülrux Əlibəyli Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında əhəmiyyətli rol oynamış alim kimi xatırlanır.

