Təhsil 365 - Logo Mobile

Bakıda görkəmli tatar yazıçılarının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

7515.02.2026 - 16:17
Bakıda görkəmli tatar yazıçılarının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyində “Mənim sözüm, mənim həyatım xalqıma məxsusdur” adlı ədəbi-musiqili gecə keçirilib. Tədbir görkəmli tatar maarifçisi Kayum Nasirinin anadan olmasının 201 illiyinə və qəhrəman şair Musa Cəlilin 120 illik yubileyinə həsr olunub.

“Tehsil365“AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı qismində Bakı “Kayum Nasiri İnstitutu” tədris-mədəniyyət mərkəzi çıxış edib.

Tədbirin proqramı tatar xalqının mədəni və mənəvi irsini təbliğ etmək, tarixi yaddaşı qorumaq və mədəniyyətlərarası dialoqu gücləndirmək məqsədi daşıyırdı.

Ədəbi-musiqili gecənin əvvəlində tamaşaçılara K. Nasirinin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.

Maarifçinin təhsillə bağlı nəsihətləri barədə fraqmentlər, eləcə də milli mədəniyyətin zənginliyini əks etdirən xalq mahnıları, rəqslər və tatar folkloru əsərlərinin ifaları təqdim edilib. Alimin təhsil missiyasına və təhsil sisteminin inkişafındakı töhfəsinə xüsusi diqqət yetirilib.

Proqramın ikinci hissəsi şair, II Dünya müharibəsinin iştirakçısı, cəsarət və Vətənə sədaqət rəmzi olan Musa Cəlilin həyatına və nailiyyətlərinə həsr olunmuşdu. Ədəbi-musiqili tamaşada tatar, rus və Azərbaycan dillərində şeirlər və mahnılar səsləndirilib.

Tədbirdə K. Nasiri Mərkəzinin tələbələri, “Ak Kalfak”, “Azərbaycanın Tatar İcması”, “Lalya” tatar mahnı ansamblının nümayəndələri və yaradıcı gənclər iştirak edirdilər. Proqramda uşaq tamaşaları bölməsinə xüsusi yer ayrılıb. Gənc iştirakçılar nəsillərin davamlılığını və mədəni yaddaşın qorunmasını nümayiş etdirərək rəqs, şeir və ədəbi kompozisiyalar təqdim ediblər.

Proqram M.Cəlilin poeziyasına əsaslanan “Mənim nəğmələrim” mahnısının birgə ifası və şairin qəhrəmanlığına həsr olunmuş yeni “Kara urman” bədii filminin nümayişi ilə başa çatıb.

Mehriban İbadova

Xəbər Lenti

Rövşən Hüseynlinin futzal karyerası və milli komandadakı rolu03.04.2026 - 06:36
İradə İbrahimovanın musiqi yaradıcılığı və səhnə fəaliyyəti03.04.2026 - 06:18
Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26