Təhsil 365 - Logo Mobile

Hər il dünyada 400 mindən çox uşaq və yeniyetməyə xərçəng diaqnozu qoyulur

7215.02.2026 - 16:29
Hər il dünyada 400 mindən çox uşaq və yeniyetməyə xərçəng diaqnozu qoyulur

Hər il fevralın 15-i dünyanın bir çox ölkəsində Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri Günü və ya Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. 2001-ci ildən tibbi təqvimə daxil edilən bu gün hazırda Beynəlxalq Uşaq Onkologiyası Cəmiyyətinin himayəsi altında beş qitədəki 94 ölkədə, o cümlədən Azərbaycanda da qeyd edilir.İlk dəfə 2002-ci yanvarın 15-də Lüksemburqda keçirilsə də sonradan fevralın 15-nə təyin edilməsi qərara alınıb.

“Tehsil365“AZƏRTAC-a istinadən xəbər verir ki, bu, uşaq xərçəng xəstəlikləri haqqında məlumatlılığı artırmaq və xərçəng xəstəsi olan uşaqlara və onların ailələrinə dəstək olmaq üçün qlobal əməkdaşlıq kampaniyasıdır. Günün əsas ideyası ondan ibarətdir ki, xərçəng xəstəliyinə tutulmuş hər bir uşaq və yeniyetmə milliyyətindən, irqindən, maddi vəziyyətindən və ya sosial statusundan asılı olmayaraq ən yaxşı tibbi və psixososial yardıma, erkən və düzgün diaqnoz qoyulması, həyati əhəmiyyətli dərmanların alına bilməsi, müvafiq keyfiyyətli müalicə almaq hüququ, eləcə də sonrakı qayğı, xidmətlər və sabit dolanışığın təmin edilməsi hüququna malik olmalıdır.

Hər il təxminən 100 min uşaq xərçəngdən dünyasını dəyişir

Bu təqvim günündə qeyd olunan məsələ təəssüf ki, getdikcə daha çox əhəmiyyət kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 20 yaşdan kiçik 400 mindən çox uşaq və yeniyetməyə xərçəng diaqnozu qoyulur. Hər il təxminən 100 min uşaq xərçəngdən dünyasını dəyişir.

Vaxtında diaqnoz xərçəng müalicəsinin uğurlu olmasının açarı hesab olunur. Xəstəlik I və ya II mərhələlərdə aşkar edilərsə, müalicə çox vaxt əlverişli nəticəyə gətirib çıxarır. Lakin xərçəng hallarının onda biri yalnız III mərhələdə, uşaqların səkkiz faizi isə yalnız IV mərhələdə aşkar edilir.

Uşaqlarda rast gəlinən onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir və onlar böyüklərdə rast gəlinən onkoloji xəstəliklərdən çox fərqlidir. Onlar arasında ən çox yayılmış xərçəng növlərinə leykemiya, bədxassəli beyin şişləri, limfomalar, neyroblastomalar və nefroblastomalar daxildir. Böyüklərdə təsadüf edilən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi və s.) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalmaya nail olmaq mümkündür.

Onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların problemləri təkcə onların valideynlərinin problemləri deyil. Bunlar bütün səhiyyənin, dövlət və qeyri-dövlət qurumlarının, ümumiyyətlə, cəmiyyətin problemləridir.

Lakin həkimlər hələ də uşaqlar arasında yayılan xərçənginin dəqiq səbəblərini müəyyən edə bilmirlər. Yalnız genetik meyil, dölün inkişafı zamanı dölün anomaliyaları, kanserogen təsirlərə məruz qalma (ətraf mühitin çirklənməsi, ətraf mühitdəki zəhərli maddələr), müəyyən xroniki infeksiyalar (HİV, Epstein-Barr virusu və malyariya) və digərləri daxil olmaqla meyillər və risk faktorları məlumdur.

Həkimlərin lazımi diaqnostik avadanlıqlara malik olduğu inkişaf etmiş ölkələrdə xərçəng xəstəsi olan hər dörd uşaqdan üçü hazırda sağalır. Xərçəng xəstəsi olan uşaqların 80 faizinin yaşadığı inkişaf etməkdə olan ölkələrdə isə vəziyyət tam əksinədir

Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikası regionda uşaqlara keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir

2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində ölkəmizdə ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda həmin klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, kompleks müalicənin bütün növləri mükəmməlliklə icra edilir, o cümlədən, kimya terapiyası, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.

Qızıl lent uşaqlıq xərçənginə qarşı mübarizəni simvolizə edir. Bu, uşaqlarının valideynlər üçün nə qədər qiymətli bir xəzinə olduğunu simvollaşdırır.

Xatırladaq ki, hər il fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günü qeyd olunur.

Mehriban İbadova

Xəbər Lenti

Misirdə 10 min illik sirr üzə çıxdı: Tarixə işıq salan nəhəng kəşf15.02.2026 - 19:45
Rumıniya, Ukrayna və Moldova kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək15.02.2026 - 19:30
Açıq tipli sualların artırılması şagirdlərin nəticələrinə necə təsir göstərir? – Ekspert açıqladı15.02.2026 - 19:20
Bu qidaları soyuducuya qoymayın15.02.2026 - 19:15
Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib15.02.2026 - 19:05
WUF13: Əlçatanlıq prinsipləri əsas prioritetlərdən biri kimi nəzərə alınıb15.02.2026 - 19:00
Belqradın ən hündür binasında Azərbaycan bayrağı əks olundu15.02.2026 - 18:50
Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi15.02.2026 - 18:30
Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanı keçirilib15.02.2026 - 18:15
“Firuzə” konsert-tamaşasının premyerası olub15.02.2026 - 18:05
Nabat Mirzəyeva: “Psixoloq etikası sərhədlərin qorunmasını tələb edir” 15.02.2026 - 17:57
Həftənin ilk günü 20 dərəcə isti olacaq 15.02.2026 - 17:50
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq15.02.2026 - 17:35
Həzm sistemini öldürən vərdişlər...15.02.2026 - 17:33
WUF13-ə hazırlıqla bağlı suallar cavablandırılıb15.02.2026 - 17:25
Parisdə “ART CAPITAL 2026” sərgisində azərbaycanlı rəssamın əsəri nümayiş olunub15.02.2026 - 17:20
“Hüquqla Güclən!” layihəsi gənclərin hüquqi savadlılığını artırır15.02.2026 - 17:15
Pentaqon süni intellekt şirkətini əməkdaşlığı dayandırmaqla hədələyir15.02.2026 - 17:05
Belqradda İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib15.02.2026 - 17:00
Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq15.02.2026 - 17:00
Dünyanın ən çirkli şəhərləri açıqlandı15.02.2026 - 16:52
Alimlər yuxuların məzmununu idarə etməyin yolunu tapdılar15.02.2026 - 16:47
Əməliyyat olunan İlbər Ortaylı qanaxma keçirdi15.02.2026 - 16:39
Bakıda görkəmli tatar yazıçılarının yaradıcılığına həsr olunmuş tədbir keçirilib15.02.2026 - 16:17
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib - Yenilənib15.02.2026 - 16:09
Yerdə maqnit qasırğası başlayıb15.02.2026 - 16:00
Londonda infeksiya yayıldı: 60-dan çox uşaq qızılcaya yoluxdu15.02.2026 - 15:51
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?15.02.2026 - 15:43
Azərbaycanda məşhur şair vəfat etdi15.02.2026 - 15:37
Yaşlanma prosesi iki kritik yaş dövründə kəskin dəyişir15.02.2026 - 15:30
Prezident Belqradda Ümummilli Liderin abidəsini ziyarət etdi - Fotolar15.02.2026 - 15:15
Yuxular istiqamətləndirilə bilər - yeni araşdırma15.02.2026 - 15:10
Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam etdirilir15.02.2026 - 15:00
Magistraturaya qəbul: 1 nəfərdə mobil telefon aşkarlandı15.02.2026 - 14:50
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq15.02.2026 - 14:30
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib15.02.2026 - 14:13
Naxçıvanda magistraturaya qəbul imtahanında 542 bakalavr iştirak edib15.02.2026 - 14:00
Niyə gözlər soyuqda sulanır? - Onu dayandırmağın yolları15.02.2026 - 09:57
"Falcon 9" raketi 24 "Starlink" internet peykindən ibarət qrupu orbitə çıxarıb15.02.2026 - 09:39
Çingiz Abdullayev Mehtiyevdən müsadirə edilən vəsaiti istədi15.02.2026 - 09:25
Yerdə maqnit qasırğası başlayıb15.02.2026 - 09:11
Həftənin ilk günü 20 dərəcə isti olacaq - PROQNOZ15.02.2026 - 08:59
Həkimlər xəbərdarlıq etdi - Bu məşhur vərdiş xərçəng riskini əhəmiyyətli dərəcədə artırır15.02.2026 - 08:46
Azərbaycanda məktəbli özünü güllələyərək öldürdü15.02.2026 - 08:33
Azərbaycanda məşhur şair vəfat etdi 15.02.2026 - 08:20
Güllələnən riyaziyyat müəllimindən xəbər var15.02.2026 - 08:09
Uzaq qalaktikada “həyat molekulları” aşkar edildi15.02.2026 - 07:56