Təhsil 365 - Logo Mobile

Nabat Mirzəyeva: “Psixoloq etikası sərhədlərin qorunmasını tələb edir”

7915.02.2026 - 17:57
Nabat Mirzəyeva: “Psixoloq etikası sərhədlərin qorunmasını tələb edir”

“Biz psixoloqlar müraciət edən şəxsin öz daxili dünyalarını anlamaq üçün yardım edən insanlarıq.” – deyə Nabat Mirzəyeva vurğulayıb.

  Psixoloq Nabat Mirzəyeva “Təhsil365”ə açıqlamasında bildirib ki, psixoloq etikası müraciət edən şəxsin məxfiliyinin qorunmasını, tibbi diaqnoz və dərman təyini kimi səlahiyyətlərdən uzaq durmağı, emosional və şəxsi asılılıq yaratmamağı, pasiyenti utandırmamağı və mühakimə etməməyi tələb edir. Onun sözlərinə görə, terapevtik münasibətlərdə sərhədlərin pozulması, şəxsi maraqların önə çəkilməsi və seans vaxtlarına riayət olunmaması etik qaydaların pozulması deməkdir.

  Psixoloq Nabat Mirzəyeva “Təhsil365” açıqlamasında psixoloq etikası ilə bağlı vacib məqamlara toxunub. O bildirib ki, psixoloqa müraciət edən şəxsin danışdıqları, şəxsiyyəti və kimliyi mütləq şəkildə məxfi saxlanılmalıdır:

  “Üçüncü şəxslərin pasiyentin kimliyi və söylədikləri barədə məlumat alması etik qaydanın pozulmasıdır.” 

Mirzəyeva əlavə edib ki, psixoloqlar tibbi diaqnoz qoymaq və dərman tövsiyə etmək səlahiyyətinə malik deyillər. Onun sözlərinə görə, bu cür yanaşmalar etik çərçivədən kənara çıxmaq deməkdir.  Ekspert vurğulayıb ki, psixoloqun öz emosional və şəxsi ehtiyaclarını terapevtik münasibətlərə daşıması, pasiyent üzərində emosional, maddi və şəxsi asılılıq yaratması yolverilməzdir. 

“Pasiyenti utandırmaq, qorxutmaq, mühakimə etmək, duyğu və düşüncələrini heçə saymaq doğru deyil. Psixoloq müraciət edən şəxsin duyğularını anlamağa kömək etməlidir, onu yönləndirmək və öz baxış bucağına uyğun istiqamətləndirmək etik qaydaların pozulmasıdır.” 

Mirzəyeva həmçinin sərhədlərin qorunmasının vacibliyini qeyd edib: 

“Pasiyent və psixoloq arasında dostluq, yaxınlıq və sevgi münasibətləri olmamalıdır. Bu, etik çərçivəyə ziddir. Seans vaxtlarına riayət etmək də vacibdir. Əlbəttə, çox ciddi hadisələr baş vermədiyi zamanlar istisna olmaqla, seansların tez-tez ləğv olunması etik davranış deyildir.” 

Psixoloqun sözlərinə görə, etik qaydaların əsas məqsədi pasiyentin qorxudulmadan, utandırılmadan, tənqid edilmədən öz daxili duyğularını anlamağa və onları ifadə etməyə şərait yaratmaqdır. 

Mehriban İbadova

Xəbər Lenti

Misirdə 10 min illik sirr üzə çıxdı: Tarixə işıq salan nəhəng kəşf15.02.2026 - 19:45
Rumıniya, Ukrayna və Moldova kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək15.02.2026 - 19:30
Açıq tipli sualların artırılması şagirdlərin nəticələrinə necə təsir göstərir? – Ekspert açıqladı15.02.2026 - 19:20
Bu qidaları soyuducuya qoymayın15.02.2026 - 19:15
Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib15.02.2026 - 19:05
WUF13: Əlçatanlıq prinsipləri əsas prioritetlərdən biri kimi nəzərə alınıb15.02.2026 - 19:00
Belqradın ən hündür binasında Azərbaycan bayrağı əks olundu15.02.2026 - 18:50
Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi15.02.2026 - 18:30
Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanı keçirilib15.02.2026 - 18:15
“Firuzə” konsert-tamaşasının premyerası olub15.02.2026 - 18:05
Həftənin ilk günü 20 dərəcə isti olacaq 15.02.2026 - 17:50
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq15.02.2026 - 17:35
Həzm sistemini öldürən vərdişlər...15.02.2026 - 17:33
WUF13-ə hazırlıqla bağlı suallar cavablandırılıb15.02.2026 - 17:25
Parisdə “ART CAPITAL 2026” sərgisində azərbaycanlı rəssamın əsəri nümayiş olunub15.02.2026 - 17:20
“Hüquqla Güclən!” layihəsi gənclərin hüquqi savadlılığını artırır15.02.2026 - 17:15
Pentaqon süni intellekt şirkətini əməkdaşlığı dayandırmaqla hədələyir15.02.2026 - 17:05
Belqradda İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib15.02.2026 - 17:00
Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq15.02.2026 - 17:00
Dünyanın ən çirkli şəhərləri açıqlandı15.02.2026 - 16:52
Alimlər yuxuların məzmununu idarə etməyin yolunu tapdılar15.02.2026 - 16:47
Əməliyyat olunan İlbər Ortaylı qanaxma keçirdi15.02.2026 - 16:39
Hər il dünyada 400 mindən çox uşaq və yeniyetməyə xərçəng diaqnozu qoyulur15.02.2026 - 16:29
Bakıda görkəmli tatar yazıçılarının yaradıcılığına həsr olunmuş tədbir keçirilib15.02.2026 - 16:17
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib - Yenilənib15.02.2026 - 16:09
Yerdə maqnit qasırğası başlayıb15.02.2026 - 16:00
Londonda infeksiya yayıldı: 60-dan çox uşaq qızılcaya yoluxdu15.02.2026 - 15:51
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?15.02.2026 - 15:43
Azərbaycanda məşhur şair vəfat etdi15.02.2026 - 15:37
Yaşlanma prosesi iki kritik yaş dövründə kəskin dəyişir15.02.2026 - 15:30
Prezident Belqradda Ümummilli Liderin abidəsini ziyarət etdi - Fotolar15.02.2026 - 15:15
Yuxular istiqamətləndirilə bilər - yeni araşdırma15.02.2026 - 15:10
Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam etdirilir15.02.2026 - 15:00
Magistraturaya qəbul: 1 nəfərdə mobil telefon aşkarlandı15.02.2026 - 14:50
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq15.02.2026 - 14:30
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib15.02.2026 - 14:13
Naxçıvanda magistraturaya qəbul imtahanında 542 bakalavr iştirak edib15.02.2026 - 14:00
Niyə gözlər soyuqda sulanır? - Onu dayandırmağın yolları15.02.2026 - 09:57
"Falcon 9" raketi 24 "Starlink" internet peykindən ibarət qrupu orbitə çıxarıb15.02.2026 - 09:39
Çingiz Abdullayev Mehtiyevdən müsadirə edilən vəsaiti istədi15.02.2026 - 09:25
Yerdə maqnit qasırğası başlayıb15.02.2026 - 09:11
Həftənin ilk günü 20 dərəcə isti olacaq - PROQNOZ15.02.2026 - 08:59
Həkimlər xəbərdarlıq etdi - Bu məşhur vərdiş xərçəng riskini əhəmiyyətli dərəcədə artırır15.02.2026 - 08:46
Azərbaycanda məktəbli özünü güllələyərək öldürdü15.02.2026 - 08:33
Azərbaycanda məşhur şair vəfat etdi 15.02.2026 - 08:20
Güllələnən riyaziyyat müəllimindən xəbər var15.02.2026 - 08:09
Uzaq qalaktikada “həyat molekulları” aşkar edildi15.02.2026 - 07:56