Bu gün 2016-cı il Olimpiya Oyunlarının mükafatçısı, tanınmış boksçu Lorenso Sotomayorun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, 1985-ci il fevralın 16-da Havanda anadan olan Lorenso Sotomayor 2013–2021-ci illərdə Azərbaycan milli komandasının heyətində çıxış edərək ölkə idman tarixində mühüm iz qoyub. O, qısa müddətdə Azərbaycan boksunun aparıcı idmançılarından birinə çevrilib.
Sotomayorun ən böyük uğurlarından biri 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub. Bundan əlavə, o, 2015-ci ildə Bakıda təşkil edilən I Avropa Oyunlarının qalibi adını qazanaraq Azərbaycan azarkeşlərinə yaddaqalan qələbə sevinci yaşadıb.
Beynəlxalq arenada əldə etdiyi nailiyyətlərlə Lorenso Sotomayor Azərbaycan boksunun nüfuzunun artmasına töhfə verib və gənc idmançılar üçün örnəyə çevrilib.

