Bu gün ilk ali təhsilli azərbaycanlı memar Zivər bəy Əhmədbəyovun xatirəsi ehtiramla yad olunur.
"Tehsil365" xəbər verir, 1873-cü ildə Şamaxıda anadan olan Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Azərbaycan memarlıq tarixində xüsusi yer tutur. O, ali memarlıq təhsili almış ilk azərbaycanlı mütəxəssis kimi milli memarlıq məktəbinin formalaşmasına mühüm töhfələr verib.
XX əsrin əvvəllərində fəaliyyət göstərən memar Bakı və digər bölgələrdə bir sıra ictimai və dini tikililərin layihələndirilməsində iştirak edib. Onun yaradıcılığı milli memarlıq ənənələrinin Avropa memarlıq üslubu ilə sintezi baxımından əhəmiyyətli hesab olunur.
Zivər bəy Əhmədbəyov 1925-ci il fevralın 16-da Bakıda vəfat edib. Onun memarlıq irsi Azərbaycan mədəniyyət tarixinin dəyərli səhifələrindən biri kimi bu gün də ehtiramla xatırlanır.

