Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi Şahmar Qəriblinin xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki, 1952-ci il fevralın 13-də Kürdəmir rayonunda anadan olan Şahmar Qərib oğlu Qəribli uzun illər Azərbaycan səhnəsində və ekranında aktyor və rejissor kimi fəaliyyət göstərib. O, müxtəlif teatr tamaşalarında yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
Şahmar Qəribli həmçinin rejissor kimi də bir sıra səhnə işlərinə imza ataraq milli teatr sənətinin inkişafına töhfə verib. Onun yaradıcılığı səmimiliyi, peşəkarlığı və səhnə mədəniyyəti ilə seçilib.
Görkəmli sənət xadimi 2018-ci il fevralın 16-da Bakıda vəfat edib. Onun sənət irsi Azərbaycan mədəniyyətində öz layiqli yerini qoruyub saxlayır.

