Bu gün Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun xatirəsi ehtiramla yad olunur.
"Tehsil365" xəbər verir ki,1963-cü il oktyabrın 16-da Masallı rayonunda anadan olan Səfəralı Məmmədov Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidlik və şücaətlə yadda qalıb. O, Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq nümayiş etdirərək silahdaşları ilə birlikdə düşmənə qarşı mərdliklə mübarizə aparıb.
1992-ci il fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Səfəralı Məmmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Onun göstərdiyi qəhrəmanlıq nümunəsi bu gün də gənc nəsil üçün vətənpərvərlik örnəyi olaraq qalır. Səfəralı Məmmədovun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

