Bu gün Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədovun xatirəsi ehtiramla yad olunur.
"Tehsil365" xəbər verir ki, 1958-ci il dekabrın 20-də Naxçıvan şəhərində anadan olan İbrahim İsmayıl oğlu Məmmədov Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidlik və fədakarlıqla yadda qalıb. O, Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək düşmən qarşısında mərdliklə mübarizə aparıb.
1994-cü il fevralın 16-da Kəlbəcər rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan İbrahim Məmmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Onun göstərdiyi qəhrəmanlıq bu gün də gənc nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalır və xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

