Son illərdə buraxılış və qəbul imtahanlarında açıq tipli sualların sayı artırılıb. Bu dəyişiklik həm şagirdlər, həm də valideynlər arasında müzakirələrə səbəb olub. Bəs yeni model şagirdlərin nəticələrinə necə təsir göstərir?
Mövzu ilə bağlı təhsil eksperti “Tehsil365” ə açıqlama verib. Təhsil eksperti bildirib ki, “Açıq tipli suallar şagirdlərin məntiqi düşünmə və analiz bacarıqlarını daha yaxşı üzə çıxarır. Lakin bu sistemə uyğunlaşma mərhələsində nəticələrdə müəyyən enişlər müşahidə oluna bilər.”
Onun sözlərinə görə, “Test tipli suallar daha çox yaddaşa əsaslanırdı. Açıq suallar isə şagirdin mövzunu nə dərəcədə anladığını göstərir.”
Ekspert həmçinin qeyd edib ki, “Məktəblərdə yazı bacarıqlarının inkişafına daha çox diqqət ayrılmalıdır ki, şagirdlər yeni imtahan modelində çətinlik çəkməsinlər.
Beləliklə, ekspertlərin fikrincə, açıq tipli sualların artırılması uzunmüddətli perspektivdə şagirdlərin analitik düşünmə qabiliyyətini gücləndirə bilər. Lakin bu keçid dövründə həm müəllimlər, həm də şagirdlər üçün əlavə hazırlıq vacibdir..”.

